Yuxarı

Rus səfir niyə öldürüldü? - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, Andrey Karlovun hansı məqsədlə öldürülməsi məsələsi hələ də qaranlıq olaraq qalır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Rusiyanın yeni təhdidlərlə üz-üzə qaldığını bildirən Trofimçuk Karlovun qətlindən sonra səfirliklərin mühafizəsinin gücləndiriləcəyini açıqlayıb:

“Son aylar Rusiyaya bir neçə dəfə açıq-aşkar şəkildə beynəlxalq siyasət çərçivəsində tutduğu xəttə və Suriya müharibəsinə görə cavab zərbəsi endiriləcəyi haqqında xəbərdarlıq edilib. Bu, nəhayət ki, baş verdi. Əgər bu qətl Moskva və Ankara arasında yeni inamsızlıq dalğasının yaradılmasına hədəflənmişdisə, o zaman buna etibar etmək axmaqlıq idi. Ona görə ki, əvvəldən bu teraktın iki ölkə arasında münasibətləri daha da gücləndirəcəyi aydın idi. Gözlənildiyi kimi də oldu. Daha sadəlövh versiya isə qətldən dərhal sonra Rusiya-Türkiyə nazirlərinin danışıqlarının dayandırılacağıydı. Amma bu görüşlər planlaşdırıldığı kimi baş tutdu.

Karlovun mühafizəsinin niyə zəif olması məsələsinə gəlincə isə səfirlər adətən eyni sxem üzrə mühafizə olunurlar. Onların mühafizə rejimi aydındır ki, ölkənin ilk şəxslərinin mühafizəsi ilə müqayisədə daha yumşaq olur. Əks təqdirdə onlar adi tədbirləri bu qədər intensiv və asanlıqla ziyarət edə bilməzdilər. Üstəlik onlarla səfir üçün prezident mühafizəsinin təmin olunmasına Xarici İşlər Nazirliyinin büdcəsi kifayət etməz. Səfirin əsas missiyası dövlətlərarası əməkdaşlığın bütün səviyyələrdə qaydaya salınması, inam atmosferinin yaradılmasıdır. Karlovun ölümündən sonra, təbii ki, səfirlərin mühafizəsi gücləndiriləcək. Bu isə uzunmüddətli kampaniya olmayacaq. Hər şey yenidən əvvəlki standartına dönəcək”.

O, rus səfirinin öldürülməsinin Moskvanın Suriya siyasətini dəyişməyəcəyini bildirib:

“Moskva artıq Türkiyə ilə əməkdaşlığını daha da artıraraq Suriyada terrorizmlə mübarizəni gücləndirməyi planlaşdırdığını bəyan edib. Bundan sonra istənilən tərəfdən, istənilən formatda, istənilən cür hücum gözləmək lazımdır. Səfirlərə və səfirliklərə təhdid böyük problemin sadəcə kiçik bir hissəsidir. Moskva Suriya müharibəsi çərçivəsində siyasi danışıqlar mərhələsinin vacib olduğunu bəyan etdi. Hələbin alınmasından sonra konfiqurasiya obyektiv şəkildə dəyişib. Əsas problem odur ki, ABŞ-ın yeni administrasiyasının Ağ Evə gəlişinə hələlik bir ay var. Bu zaman ərzində isə Rusiya Suriyada özbaşına, xüsusilə, humanitar sferada addımlar atmağa məcburdur. Səfirin ölümü və ya hər hansı bir məsələ III Dünya müharibəsinə səbəb olmayacaq. Əgər 2013-2014-cü illərdə yaşananları nəzərə alsaq, o zaman bu müharibənin artıq çoxdan başladığını deyə bilərik. Bunu “III Dünya müharibəsi” şablonu kimi adlandırmaq gərəkdiyini dəqiq bilmirəm, amma tamamilə dəqiq olan şey bu hərbi-siyasi prosesin bütün Avrasiya məkanının yenidən formalaşdırılmasına yönəlməsidir. SSRİ-nin süqutu ilə eyni anda 1975-ci ildə Helsinkidə yaradılmış Avropa təhlükəsizliyi modeli də məhv edildi. Bu gün praktik olaraq sülhə zəmanət verəcək heç bir beynəlxalq müdafiə sistemi (BMT köhnəlib və öz funksiyalarını heç də həmişə icra etmir – Q.T.) yoxdur”.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirib. Türkiyə rəsmiləri qətli birbaşa FETÖ terror təşkilatı ilə əlaqələndirir.

Tarix
2016.12.27 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla