Yuxarı

Ərdoğan Azərbaycanla hərbi müqavilə imzalamağa gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid edirəm ki, Ərdoğanla Azərbaycan Prezidenti hərbi müqavilə imzalayacaqlar".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

Rusiya oyunun qaydalarını dəyişir

O, Ərdoğanın Azərbaycana gəlişinin çox ağır siyasi dövrə düşdüyünü bildirib:

"Çox arzu edərdim ki, Ərdoğanın bu səfəri onun əvvəlki səfərlərindən fərqli olsun. Əvvəlki səfərlər zamanı qazın qiyməti, iqtisadi əlaqələr və sairə müzakirə olunurdu. Amma indi bu görüş tamamilə başqa bir şəraitdə olacaq. Ukrayna hadisələri və Krımın işğalından sonra məlum oldu ki, Rusiya artıq oyunun qaydalarını gözləmək fikrində deyil. Rusiya qaba gücə istinadən hərəkət edir. Bu da keçmiş sovet respublikalarında və bir də Azərbaycanda qorxu hissi yaradır. Ən əsası ermənilərin arxasında dayanıb müharibəni yenidən başlamaq və Azərbaycana böyük zərbələr endirmək fikrindədirlər. Biz bu təhlükənin qarşısındayıq. Ərdoğan bu şəraitdə Azərbaycana gəlir".

Türkiyə ilə hərbi müqavilə imzalanmalıdır

Politoloq Türkiyənin Azərbaycanla hərbi müqavilə imzalamaq vaxtının çatdığını qeyd edib:

"Dəfələrlə bu fikir səslənib ki, Azərbaycan Türkiyə ilə hərbi müqavilə imzalamalıdır. Azərbaycan Türkiyədən güvənc istəməlidir. Amma bu baş vermədi. Bu dəfəki səfərdə açıq-aşkar aydındır ki, Rusiya Azərbaycana bu yolla hücum etsə, burada Türkiyənin maraqlarına ziyan dəyə bilər. Ümid edirəm ki, Ərdoğanla Azərbaycan Prezidenti əsgəri müqavilə imzalayacaqlar. Təxminən bu mövzuda ki, əgər Azərbaycana təcavüz olsa, Türkiyə bu işdə bizə kömək edəcək".

Rusiyanın şilləsinə ABŞ cavab verə bilməyib

Vəfa Quluzadə Rusiyanın Türkiyəyə qaz verərək onu neytrallaşdırdığını söyləyib:

"Mən təəssüf edirəm ki, Türkiyə Rusiya ilə "Mavi axın" projesini həyata keçirdi. İndi Türkiyə rus qazından asılı vəziyyətdədir. Rusiya həmişə böyük imperiya olub. Bu imperatorluğun uzağa gedən strategiyaları var. Rusiya Türkiyəyə qaz verərək onu neytrallaşdırıb. Ona görə də Ərdoğan elə hərəkətlər edir ki, Rusiyanın xətrinə dəyməsin. Rusiya həmişə Türkiyənin düşməni olub. O, hələ də boğazların işğalı ideyasını öz planlarından çıxartmayıb. Türkiyə artıq Osmanlı imperatorluğu deyil. O artıq balaca bir ölkədir. Görəsən, Türkiyə, NATO və Avropa ölkələri başa düşüblərmi ki, Rusiya artıq böyük təhlükədir. Rusiya bu dəqiqə Amerika üçün də təhlükədir. Rusiya bu addımla NATO-ya deyib ki, mən sizinlə nüvə müharibəsinə hazıram. Qərb hələ özünü itirib, cavab verə bilmir".

Türkiyə böhrandan kənar qala bilməyəcək

O, dünyanın hazırda dəhşətli böhran içində olduğunu və Türkiyənin də bundan kənarda qala bilməyəcəyini deyib:

"Rusiyaya qarşı sanksiyalar və bunlar nə vaxtsa işləyəcəkmi? Tutaq ki işlədi. Rusiya çevrilib Şimali Koreya kimi bir dövlət olacaq. Bu zaman o daha da təhlükəlidir. Ona görə də bu dəqiqə dünya dəhşətli böhran içərisindədir. Türkiyə bu böhrandan kənarda qala bilməyəcək. Ona görə də Türkiyə onun maraqlarına Azərbaycanda ziyan dəyməməsi üçün yaxşı düşünməlidir".

Tarix
2014.04.03 / 15:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla