"Azadlıq qəzeti"nin müxbiri Ramin Deko "feysbuk" səhifəsində
"Yeni Müsavat" qəzetinin baş redaktoru Raif Arifoğluna ittihamedici
sual ünvanlayıb.
R.Dekonun statusunda yazıb:
Niyə Rauf bəyin cavabı "Yeni Müsavat"da
çıxmadı?
"Yeni Müsavat" qəzetinin saytında "Eynulla Fətullayevlə
"Azadlıq" qəzeti barışdı?" başlıqlı yazı dərc olunub. Söhbət ondan
gedir ki, "Yeni Müsavat"ın 4 noyabr tarixli sayında "ABŞ Bakıdakı
seçki ilə bağlı telefon danışıqlarını dinləyib" başlıqlı yazıya
Eynulla Fətullayev "Haqqin.az" saytında Rauf Kərimli imzasıyla "Как
Сноуден рассказал Арифоглу про Сулейманова ("Snouden Arifoğluna
Süleymanovla bağlı necə danışdı") adlı məqaləylə cavab verib.
Biz, şəxsən mən Fətullayevin bu yazısına Arifoğlundan cavab
istəmişəm. "Gmail" elektron poçtumla bu barədə Rauf bəyə yazdım.
Cavabı belə oldu: "Cavabımız böyükdür və yazılı Sizə
göndərirəm".
Mən razılaşdım və göndərdi. "Eynulla Fətullayev, Elxan
Süleymanov və FTX..." başlığı və "Bizə irad bildirənlər, görəsən,
İlham Əliyevin məxfi söhbətlərini, Volodini, Vahid Ələkbərovu necə
dinləyiblər..." yarımbaşlığı ilə göndərildi.
Rauf bəy materialı göndərəndə xahiş etdi ki, "mümkünsə, bu gün
sayta qoymayın. Öncə hər iki qəzetdə (yəni "Azadlıq" və "Yeni
Müsavat"da) çıxsın, sonra sayta qoyarıq".
Mən də redaktorla danışdım və razılığı Rauf Arifoğluya
çatdırdım.
Onu da qeyd edim ki, Fətullayevin yazdıqları qarşılığında
Arifoğlunun cavabı xeyli yumşaq təsir bağışlayırdı.
Deməli, məntiqlə bu yazı noyabrın 7-də hər iki qəzetdə çıxmalı idi.
Amma ertəsi gün "Azadlıq"da çıxdı, "Yeni Müsavat"da yox...
Eynulla Fətullayev etiraz etdi və bildirdi ki, o, yazısında
"məlumatı "Yeni Müsavat"a Məmmədovlar, Həsənovlar ötürüb" deyərkən,
heç də "Azadlıq"ın iddia etdiyi kimi Əli Həsənov və Novruz
Məmmədovu nəzərdə tutmayıb.
Bununla əlaqədar Eynulla Fətullayevin mövqeyini öyrənmək üçün
"Azadlıq" olaraq, onunla əlaqə saxladıq. Eyni zamanda, Rauf bəyə də
zəng etdik ki, Eynulla Fətullayevə cavabının öz qəzetində niyə çap
olunmadığına aydınlıq gətirsin. Ancaq zənglərimizə cavab
vermədi...
"Siz mənim yazımdan istifadə etdiniz"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqında
yönələn ittihama cavabı gecikməyib:
"Mən bu yazını sizinlə yazışandan sonra "Haqqın.az" saytında
dərc etdirdim. Eynulla Fətulayev mənim cavab haqqımı qəbul etdi və
yazını manşetdən verdi. Buna görə də anlaşma əsasında "Yeni
Müsavat"dan çıxartdıq. Sizsə məndən mövqe istəmişdiniz, mən də bu
yazıdan istifadə etmək üçün onu sizə yolladım. İstifadə də etdiniz.
Fətullayev "Azadlıq" qəzetini mənim yazdıqlarıma görə məhkəmə ilə
hədələməyib ki! Sizin əlavələrinizə görə hədələyib. O əlavəni mən
etməmişəm, siz etdiniz. Dərc olunan yazını da diqqətinizə
çatdırıram: http://haqqin.az/news/12500".