Yuxarı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərov barəsində çıxarılan həbs qətiimkan tədbirindən apellyasiya şikayəti verilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi A.Səfərovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minib.

Məhkəmədən bildirilib ki, Ayaz Səfərov həbsdə qalacaq.

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin 29 iyun 2025-ci il tarixli qərarı ilə Ayaz Möhbalı oğlu Səfərov barəsində 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq orqanları Səfərovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş qətl”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham ediblər.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Tarix
2025.07.10 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla