Yuxarı

Azərbaycanda ən çox nikah qeydə alınan rayon...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub.

Axar.az Report-a istinadən xəbər verir ki, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb.

Onlardan 11 min 638-i Bakıda, 2247-si Naxçıvan Muxtar Respublikasında, 2716-sı Abşeron-Xızı iqtisadi rayonunda, 1785-i Dağlıq Şirvan iqtisadi rayonda qeydə alınıb.

Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 2632, Qarabağ iqtisadi rayonu üzrə 4136, Qazax-Tovuz iqtisadi rayonu üzrə 3379, Quba-Xaçmaz iqtisadi rayonunda 2693, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 4801 nikah qeydə alınıb.

Bundan başqa, 3571 evlilik Mərkəzi Aran iqtisadi rayonunda, 2848-i Mil-Muğan iqtisadi rayonunda, 2851-i Şəki-Zaqatala iqtisadi rayonunda, 1746-ı Şərqi Zəngəzur iqtisadi rayonunda, 2465-i Şirvan-Salyan iqtisadi rayonunda olub.

Əhalinin hər 1000 nəfərinə düşən nikah sayına görə, 2024-cü ildə Bakının rayonları arasında ən çox evlilik Qaradağ və Yasamalda (6,5), ən az isə Pirallahıda (3,8) qeydə alınıb.

Regionlara gəlincə, ötən il ən çox nikah halları Yardımlı (6,9), ən az nikah halları isə Abşeron rayonunda (2,5) olub.

Tarix
2025.07.12 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla