Yuxarı

OMON Hüseynlinin qardaşlarını öldürdü: daha 50 azərbaycanlı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
OMON Hüseynlinin qardaşlarını öldürdü: daha 50 azərbaycanlı...

2025.05.27 - 23:12

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

"Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.ru-ya bildirib.

Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

Qeyd edək ki, qətlə yetirilən Səfərov qardaşları tanınmış ədəbiyyatşünas, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Tarix
2025.06.28 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla