Yuxarı

FHN nümunəvi mülki müdafiə məşqi keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba Regional ASAN Xidmət Mərkəzində “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib.

Axar.az xəbər verir ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin, Quba Regional ASAN Xidmət Mərkəzinin, rayon Polis şöbəsinin, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Quba Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müvafiq qüvvələri cəlb edilib.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Quba Regional ASAN Xidmət Mərkəzinin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, FHN-in qüvvələri ilə koordinasiyalı şəkildə “Yanğın-xilasetmə əməliyyatı” icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Məşqdə ümumilikdə 3 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Tarix
2025.07.12 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla