Yuxarı

Qazaxda yol qəzasında polis öldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Qazax rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Qazax rayon Çaylı kənd sakini, polis nəfəri Şəmistan Bənnayev idarə etdiyi "VAZ 21012" markalı avtomobillə kəndə dönərkən, Ağstafa rayon sakini Zeynal Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin dediyinə görə, qəza o qədər şiddətli olub ki, avtomobillər magistraldan bir neçə metr kənara düşüblər. Məlumata görə, qəza zamanı "VAZ 21012"-nin sürücüsü, polis nəfəri Şəmistan Bənnayev və "Mercedes"də olan sərnişin Akif Həsənov dünyasını dəyişib. "VAZ 21012"-də olan daha bir polis nəfəri Elcan Rzayev və "Mercedes"in sürücüsü Zeynal Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2014.04.10 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Moskvadan Bakıya uçmalı olan təyyarə 1 sutkadır gözləyir - Video

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla