Yuxarı

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyev Moskvada keçiriləcək 9 May Qələbə paradına qatılmamasının səbəbləri haqda yayılan informasiyalar kifayət qədər məntiqlidir.

AZAL-ın təyyarəsinin vurulmasından beş ay keçməsinə baxmayaraq, Rusiyanın qənaətbəxş addım – istintaqın aparılması, günahkarların cəzalandırılması – atmaması;

Rusiyadan Azərbaycana qarşı kiberhücumların edilməsinə aydınlıq gətirilməməsi;

Və son olaraq, deputat Azər Badamova qarşı atılan addım – Moskva hava limanında saxlanılması və deport edilməsi.

Son iki məsələ - kiberhücum və deputat Badamov üzərindən Azərbaycana qarşı atılan addım Moskvanın AZAL-ın təyyarəsinin vurulmasından sonra münasibətlərdə yaranmış çatların bərpasında maraqlı olmadığını, məsələləri təzyiq yolu ilə həll etmək düşüncəsindən əl çəkmədiyini göstərdi. Əliyev də Moskva paradında iştirakdan imtina etməklə Azərbaycanın “qırmızı xətlərini” nümayiş etdirir və AZAL-ın təyyarəsi ilə bağlı tələblərin arxa plana keçmədiyi mesajını verir.

Əslində Azərbaycan Prezidentinin 9 May paradında iştirak etməsi Bakının yox, Moskvanın istəyi idi. Putinin martın 15-də Lukaşenko və İmaməli Rəhmanla birlikdə Əliyevə zəng etməsi də Azərbaycan liderini paradda iştiraka razı salmağa hesablanmışdı. Bu, Putinin təyyarə böhranından sonra Əliyevə ilk zəngi idi və belə görünürdü ki, Rusiya prezidenti dəvətinin geri çevrilməsi, yaxud Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı tələbləri irəli sürməsi ehtimalına qarşı Lukaşenko-Rəhman ikilisini prosesə qoşub. Əliyev həmin telefon söhbətində dəvəti qəbul etdi, lakin mümkündür ki, Bakı diplomatik kanallarla Moskvaya təyyarə məsələsindəki tələblərinin yerinə yetirilməsi şərtini də irəli sürməkdə davam edib.

Bakı ilə münasibətlərin əhəmiyyəti, xüsusilə Əliyevin paradda iştirakının Rusiyanın beynəlxalq imicinin bərpası fonunda Moskvanın haqsız olduğu təyyarə böhranının həlli istiqamətində addım atması daha məntiqli olardı. Lakin Rusiyanın imperativ yanaşması dəyişmir: kiberhücum və azərbaycanlı deputatın deportasiya edilməsinin də Moskvanın Bakıya “AZAL-ın təyyarəsinin vurulmasını gündəmə gətirmə” mesajını təzyiq aktı ilə çatdırmağa hesablandığı istisna edilməməlidir.

Əliyevin Moskva paradında iştirak edib-etməməsi Azərbaycanın təyyarə böhranı ilə bağlı yanaşmasını ortaya qoyacaqdı. Əliyev imtina etməklə Azərbaycanın haqlı tələbindən geri addım atmadığını göstərdi.

Tarix
2025.05.07 / 22:57
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Mehriban Əliyeva Əliyevin Trampla dialoqunu paylaşdı - Video

Bu şəxslər üçün Cibutiyə viza rejimi ləğv edildi

İlham Əliyev Aleksandr Stubbla görüşdü

İlham Əliyev keniyalı həmkarı ilə görüşdü

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi - Video

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəldi

Əli Əsədov türkiyəli nazirlə görüşdü

Rusiyada azərbaycanlılar saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla