Yuxarı

Dəyanət Rzayev niyə intihar etdi? – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda inanmadım, sonra baxdım ki, bir çox agentliklər yaydı. Nə deyəcəyimi bilmirəm... Amma onu bilirəm ki intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva psixoloq Dəyanət Rzayevin az öncə intihar etməsi barədə deyib. Millət vəkili bildirib ki, bu cür faciələrin artmasının qarşısının alınması üçün təbliğat aparılmalıdır:

“Təəssüf ki, bu cür verlişləri, proqramları görə bilmirik. İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə, sadəcə sosial problemlər deyil, getdikcə artan laqeyidlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və s. intiharların artmasına ciddi təsir göstərir”.

Q.Paşayeva qeyd edib ki, son zamanlar bu mövzuda ciddi araşdırmaların aparılmadığını da müşahidə edib:

“Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı, bir vətəndaş olaraq, hər birimiz bu məsələ ətrafında geniş müzakirələr açmalıyıq. İntihara hətta cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın, bir psixoloqun əl atması ciddi bir mesajdır. Bu mövzu ciddi diqqətdə olmalıdır”.

Millət vəkili vurğulayıb ki, psixoloqun intiharında da laqeydlik öz sözünü deyib:

“İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. "Nəyimə lazımdır", "mənə nə" kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq. Bir az öncə sosial şəbəkələrdə Dəyanət bəyin Feysbuk dostluğunda olmuş bir xanım yazır ki, son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur, bilmirəm, amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və s. kimi məlumatlar verməsindən görünür ki, Dəyanət Rzayevin psixoloji vəziyyətindəki dəyişiklikləri hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki, belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır. Nur içində yatsın. Çox ağır xəbər oldu. Əzizlərinə səbir diləyirəm”.

Tarix
2017.01.26 / 02:30
Müəllif
Axar.az
Oxunub
14 910
Digər xəbərlər

Bakı aeroportunda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Moskvadan Bakıya uçmalı olan təyyarə 1 sutkadır gözləyir - Video

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla