Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Feldyeger Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında
sərəncam imzalayıb.
"Axar.az"ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata
görə, sərəncamda qeyd olunur ki, Feldyeger rabitəsi orqanlarında
qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə
görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Feldyeger Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
ilə:
Bağırov Ramiz Sabir oğlu
Hüseynli Fuad Məhəmməd oğlu
Mahmudov Vaqif Yunis oğlu
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı
ilə:
Hacıyev Lətif Balaşirin oğlu
Nəbiyev Vahid Cavad oğlu
Nəzirov Vaqif Cəlal oğlu
Nuri Ağa-Əli Tofiq oğlu
Quliyev Yaşar Cəmiyyət oğlu
Ramazanov Nurəddin Alov oğlu
Sultanov Samir Həsənağa oğlu
Teymurov Əkrəm Qələmşah oğlu
Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger
Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd
oğlu Paşayevə feldyeger xidməti general-leytenantı, Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti
rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu
Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbələri
verilib.
19:08
Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında
daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam
imzalayıb.
"Axar.az" Prezidentin rəsmi saytına istinadən
xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə "Aqşin Şəfaət
oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər
Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda, Azərbaycan
Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua
Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və
səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın".
Prezident İlham Əliyev Kristian Balzanın Azərbaycan
Respublikasının Malta Respublikasında fəxri konsulu təyin edilməsi
haqqında da sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu
sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi
avadanlıqla təchiz olunması ilə bağlı tədbirlər haqqında sərəncam
imzalanıb.
Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublika
Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədi ilə
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Prezident İlham Əliyev həmçinin Ağdaş rayonunun
Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, iyirmi min nəfər əhalinin yaşadığı 11
yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil
yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8
milyon manatı Ağdaş Rayon İcra Hakimiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər
Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək
tapşırılıb.