Yuxarı

Ərdoğanın partiyasında azərbaycanlı təmsil olunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın partiyasında azərbaycanlı təmsil olunacaq

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının rəhbər strukturlarında ilk dəfə azərbaycanlı təmsil oluna bilər.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu məsələ AKP İğdırda bələdiyyə seçkilərini uduzduqdan sonra gündəmə gəlib.

İğdırda 8 min üzvü olan partiya seçkilərdə cəmi 4500 səs topladıqdan sonra AKP yerli təşkilatının sədri istefa verib.

İğdırlılar hesab edir ki, AKP-nin seşkilərdə məğlubiyyətinə səbəb partiyanın rəhbər strukturlarında azərbaycanlıların təmsil olunmamasıdır.

AKP İğdır təşkilatına milliyətcə kürd vətəndaşların rəhbərlik etməsi azərbaycanlı seçicilərin başqa partiyaların namizədlərinə səs verməsinə səbəb olub. Azərbaycanlılar hesab edir ki, əgər AKP İğdır təşkilatına azərbaycanlı rəhbər təyin olunsa, partiya növbəti seçkilərdə İğdırda zəfər qazanacaq.

Azərbaycanlıları öz ətrafında toplaya biləcək ən şanslı namizəd isə İğdır tarixində ilk dəfə ard-arda iki bələdiyyə seçkilərində qalib gəlmiş, 2009-cu il seçkilərində isə bütün təzyiqlərə rəğmən 33 faiz səs toplamış Nurəddin Arasdır. İğdırlılar hakim partiyanın seçkilərdəki məğlubiyyətini və çıxış yolunu da bilirlər.

İğdır sakini Məhəmməd Sayhan deyib ki, İğdırda Nürəddin Arasın AKP rayon təşkilatına seçilməsi ilə bağlı söhbətlər gəzir.

"İğdırdakı 100 min azərbaycanlı buna çox sevinib. Biz Azərbaycan türkləri olaraq İğdırda iqtidarla birlikdə fəaliyyət göstərmək istəyirik. 10 il ərzində İğdırda bələdiyyə sədri olmuş Nürəddin Arasın AKP-nin rayon təşkilatına sədr seçiləcəyi xəbəri biz 100 min azərbaycanlını çox sevindirib. Bununla bağlı AKP-dən gələcək xəbəri səbirsizliklə gözləyirik".

Tarix
2014.04.13 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla