Yuxarı

“Gülən camaatı” necə maliyyələşir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gülən camaatı” necə maliyyələşir?

Türkiyədə 25 il dini icma lideri Fətullah Gülənin sağ qolu olan professor Ahmet Keleş "Gülən camaatı"nın necə maliyyələşdirildiyi barədə şok açıqlamalar verib.

Ahmet Keleş bildirib ki, "Gülən camaatı" üzvlərinin işlədiyi şirkət, qurum və ya müəssisədən aldığı əmək haqqından məcburi şəkildə "camaat"ın büdcəsinə pul ayrılması tələb olunur.

Ahmet Keleşin sözlərinə görə, "Gülən camaatı" tərəfindən hər hansı işə düzəldilən şəxsin maaşından 10% "camaat"ın büdcəsinə ayrılır. Lakin "camaat" üçün ayrılan pul 10% olaraq qalmaya, daha sonra artırıla da bilər. Bu, isə həmin şəxsin vəzifəsinin artmasından asılıdır. Belə tendensiya yalnız dövlət qurumlarında çalışan "Gülən camaatı" üzvlərinə şamil edilir.

"Özəl sektorda çalışan işçislərdən alınan pullar isə çek və müxtəlif sənədlərlə həyata keçirilir. Belə ki, zavod, fabriklərdə çalışanlar və ya iş adamları ilə yığıncaq keçirilir. Kimin nə qədər pul verəcəyi açıqlanır. Bəziləri gəlirinin 2/3-ni, bəziləri isə maaşının yarısını "camaata" bağışlayır", deyə Ahmet Keleş bildirib.

Onun sözlərinə görə, əldə edilən pulların bir qismi tələbələrə təqaüd olaraq verilir, digər hissəsi isə xaricdə fəaliyyət göstərən lobbi və qurumların nümayəndələrinə göndərilir. Gəlirlərin 15%-i isə Fətullah Gülənin büdcəsinə yatırılır. Dövlətin rəsmi qurumlarında çalışan "camaat" üzvlərindən isə nağd pul alınmır, onların pul kartlarından tutulur.

"Məmurlar arasında "camaat"a pul yatırmaq istəməynlərə qarşı çox ciddi tədbirlər görürlər. Belələrinin xalq arasındakı etibarını zədələyir, ölümdən betər hala salırlar. Onlara qarşı əxlaqsız şantajlardan istifadə edirlər", deyə F.Gülənin sağ qolu Ahmet Keleş bildirib (ANS).

Tarix
2014.04.15 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla