Yuxarı

Bakı özünü təbrik edə bilər - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakı görüşü xüsusi xarakter daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Görüşün təşəbbüskarı olan Pentaqon özü əvvəlcədən elan etmişdi ki, koordinasiya məsələləri müzakirə olunacaq. Burada görüşün özü yox, onun Bakıda keçirilməsi məsələsi çox vacibdir. Vaşinqton özü əvvəlcədən görüş barədə heç nə elan etməyib. ABŞ başa düşür ki, əks təqdirdə Moskva bütün dünyaya Rusiya-Amerika münasibətlərinin bərpa olunduğunu deyərdi. Vaşinqtona isə indi belə bir şey lazım deyil. Bakı ABŞ-ın yeni administrasiyasının işə başlamasından sonra birbaşa Amerikanın diqqət mərkəzinə düşdüyünə görə özünü təbrik edə bilər”, – politoloq bildirib.

Qeyd edək ki, bu gün Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun arasında görüş keçiriləcək.

Tarix
2017.02.16 / 14:17
Müəllif
İlkin Həsənov
Oxunub
8 835
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla