Yuxarı

Ağdamın icra başçısı işdən çıxarıldı - Sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamın icra başçısı işdən çıxarıldı - Sərəncam

Ağdam rayon icra başçısı Nizami Sadıqovun işdən çıxarılması ilə bağlı məlumat almışıq.

Məlumatı "Axar.az"a Ağdam rayonundan olan oxucularımız verib. Bildirilir ki, bu haqda Prezident sərəncamı günün sonunda elan olunacaq.

Ağdam rayon icra başçısı vəzifəsinə yeni təyinatın aparıldığı da bildirilir.

Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı.

1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.

1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Tarix
2014.04.16 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla