Yuxarı

Nəqliyyat Nazirliyi fəaliyyətini davam etdirir – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yeni nazirliyin yaradılması ilə bağlı imzaladığı sənəddə nazirliklərin birləşdirilməsi üçün zaman verilir və həmin müddət ərzində köhnə nazirlik fəaliyyətini davam etdirir.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, verilən zaman daxilində ləğv edilmiş nazirliyin binalarının və işçilərinin transferi, yəni yeni nazirliyə birləşdirilmə prosesi həyata keçirilir:

“Sənəddə bununla bağlı müəyyən fəaliyyətlərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur. Bu da birbaşa nazirlik ləğv olunduğu üçün onun mülkiyyət və əmlakının olması ilə bağlıdır. Yəni nazirliyin sərəncamında olan əmlak yeni yaradılmış nazirliyə transfer edilir. Həmin əmlak dövlət əmlakıdır və yeni yaradılmış nazirliyin sərəncamına keçməsi məsələsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həll edilir. Əksər halda əmlak tam olaraq yeni nazirliyin sərəncamına keçir. Çünki həmin funksiyalar yeni nazirliyə verilir”.

İqtisadçı bildirib ki, adətən nazirlik ləğv olunanda işçi ştatının sayının azaldılması müşahidə olunur:

“Çünki artıq bu struktur yenidir və bunun üçün də bəzi ştatlar ləğv olunur, bəziləri qalır. Qalmış ştatlarla bağlı vakansiya elan olunur və bu vakansiya daxilində yeni işçilər cəlb edilir. Bu işçilər köhnə nazirliyin işçiləri və ya yeniləri də ola bilər. Ancaq ləğv edilmiş nazirlik yeni nazirliyə birləşənədək işçilər fəaliyyətini davam etdirirlər. Çünki sənəddə müəyyənləşdirilmiş müddətdə ləğv olunmuş nazirlik praktik olaraq öz səlahiyyətlərini birləşdiyi yeni nazirliyə transfer prosesində olur. Birləşmə başa çatdıqdan sonra işçilərin seçimi prosesi baş verir. Həmin müddətdə ləğv edilmiş nazirliyin işçiləri xidmət göstərdikləri üçün onların fəaliyyətlərini davam etdirməsinə ehtiyac var və bu vacibdir. Müddət başa çatdıqdan sonra isə artıq ləğv edilmiş nazirlik öz fəaliyyətini tamamilə başa vuracaq və nəticədə bütün səlahiyyətlər və əmlak yeni nazirliyin sərəncamına və səlahiyyətinə keçəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib. Sərəncama uyğun olaraq yeni yaradılan quruma Ramin Quluzadə nazir təyin edilib.

Tarix
2017.02.17 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla