Yuxarı

Ukrayna Ali Radasının deputatları Milli Məclisdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, işçi qrupun rəhbəri Rüfət Quliyev iki ölkə arasında bir əsrdən artıq davam edən tarixi dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb.

O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığa toxunaraq deyib ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. R. Quliyev Ukraynada 300 min azərbaycanlının yaşadığını, dost ölkədə onlar üçün lazımi şəraitin yaradıldığını, bu ölkənin həmvətənlərimizin doğma evinə çevrildiyini diqqətə çatdırıb.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Maksim Kuryaçiy isə qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirərək iki ölkə arasında iqtisadi, ticarət, mədəni əlaqələrin gücləndirilməsi perspektivlərindən danışıb.

Tarix
2017.02.20 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla