Yuxarı

Bu, Ermənistanın köhnə taktikasıdır - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır.

Bunu cəbhədəki son durumu APA-ya şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin məqsədi cəbhədə vəziyyəti gərginləşdirmək və bununla daxildə, o cümlədən beynəlxalq aləmdə hansısa dvident əldə etməkdir: "Ermənistanda seçkiqabağı vəziyyəti hamı bilir. "Dövlət sistemi" iflasa uğrayıb. Sərkisyan rejimi məhz diqqəti daxili problemlərdən yayındırmaq, insanları hakimiyyəti ətrafında toplamaq üçün cəbhədə belə təxribatlar törədir".

Millət vəkili bildirib ki, bu yaxınlarda Qarabağ separatçıları qondarma referendum keçirilib: "Onların bu cəhdi tamamilə iflasa uğradı. Azərbaycanın atdığı addımlarla referendum rədd edildi, dünya tərəfindən tanınmadı. Bu biabırçılığı da ört-basdır etmək üçün cəbhədə hansısa formada vəziyyəti gərginləşdirirlər".

S.Seyidov ermənilərin təxribatının bir səbəbini də Azərbaycan prezidentinin Münhen Beynəlxalq Təhlükəsizlik Konfransındakı uğurlu iştirakı ilə əlaqələndirib: "Həm o konfransda, həm də müxtəlif beynəlxalq görüşlərində, beynəlxalq mediaya açıqlamalarında Azərbaycan prezidenti Ermənistanın başında dayanan cinayətkar dəstəni tamamilə ifşa edir. Bu gün dünya Ermənistanın apardığı işğalçı siyasəti tamamilə başa düşür".

"Hazırda Ermənistanın apardığı informasiya təxribatı, şantaj, guya Azərbaycanın hücuma keçməsi ilə bağlı yalançı açıqlamalar növbəti təxribatdır. Bu növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Bunun səbəbi isə Ermənistanın gücsüzlüyüdür. Təxribat yaradıb, sonra hay-küy salmaq istəyirlər. Bu, Ermənistanın yeganə ümididir. Əminəm ki, artıq beynəlxalq qurumlar da Ermənistanın bu siyasətini anlayırlar".

Tarix
2017.02.25 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başladı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla