Yuxarı

MM-də fəaliyyətimi dayandırmalıyam - Mehriban Əliyeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən yeni vəzifəyə təyin edildiyimə görə Azərbaycan Respublikasının Milli Məclisində öz fəaliyyətimi dayandırmalıyam.

Axar.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin açılışında bildirib.

"Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm.

Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir.

Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim. Yenə də qeyd etmək istəyirəm ki, sizin diqqətiniz, inamınız mənim üçün əsas güc mənbəyi olub. Əminəm ki, biz birgə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Bilirəm ki, Xəzər Rayonunun İnkişaf Fondu fəaliyyətini davam etdirir. Mən sizi narahat edən məsələləri daim diqqətimdə saxlayıram. Çalışıram ki, sizi narahat edən problemlər aradan qalxsın. İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik.

Bu illər mənim üçün çox dəyərlidir. Bunun əsas səbəbi də ondan ibarətdir ki, mən hər gəlişimdə, Xəzər rayonunun sakinləri ilə hər dəfə ünsiyyətdə olanda sizin dəstəyinizi, hörmətinizi, inamınızı hiss edirəm. Burada çox doğma və əziz bir ab-hava yaranmışdır. Buna görə mən sizə dərin minnətdarlığımı bildirirəm", - Mehriban Əliyeva qeyd edib.

Tarix
2017.03.01 / 21:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla