Yuxarı

“İsgəndər” hədəsi İrəvana baha başa gələcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İsgəndər” hədəsi İrəvana baha başa gələcək

Bako Saakyanın “İsgəndər” hədəsi onlara çox baha başa gələcək.

Bu sözləri Axar.az-a açqılamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, ermənilərin Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsi ilk növbədə erməni xalqını sakitləşdirmək məqsədi daşıyır:

“Birincisi, ermənilər son aylar böyük itkilər veriblər və Sərkisyan bilir ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Ona görə də bəyanatdan o tərəfə keçməyən təhdid xarakterli açıqlamalar verir.

İkincisi, “İsgəndər” hədəsi ermənilərin işğalçı siyasətini bir daha açıq şəkildə ortaya qoyur. İrəvan başqa dövlətlərə qarşı irəli sürdüyü ərazi iddiası ilə o torpaqları daim nəzarətdə saxlaya biləcəyini düşünür. Ancaq bunun mümkün olmayacağını dərk edirlər. Çünki Azərbaycan onlara ərazilərimizdə sakit yaşamağa imkan verməyəcək.

Üçüncüsü, “İsgəndər” hədəsi Sərkisyanın seçkiqabağı kampaniyasının tərkib hissəsidir. Unudurlar ki, bu, onlara baha başa gələcək”.

Qeyd edək ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Rusiyanın Ermənistandakı “İsgəndər” raketlərinin Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olduğunu bildirib.

Tarix
2017.03.05 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla