Yuxarı

"Erməni faşistləri mütləq cavablarını alacaqlar"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Veteranlar Təşkilatının və Hərbi Prokurorluğun birgə tədbirlər planına uyğun olaraq, Gəncədəki “N” hərbi hissədə əsgər və zabitlərin vətənpərvərlik tərbiyəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələr və xalqlar arasında dostluq daimi komissiyasının sədri Zahiddin Abbasov “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları bugünkü nəslin və gələcək nəsillərin yaddaşına əbədi həkk olunmalıdır”, təşkilatın şöbə müdiri Telman Babayev “Münxen Təhlükəsizlik Konfransı: Prezident İlham Əliyevin erməni işğalçılarına və ermənipərəst qüvvələrə ünvanladığı mesajlar” mövzularında məruzələrlə çıxış ediblər.

Z.Abbasov məruzəsində ermənilərin 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1994-cü illərdə azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdikləri soyqırımlardan, xalqımızın başına açdıqları müsibətlərdən ətraflı söhbət açıb. O, Azərbaycan Silahlı Qüvvələrinin regionda ən güclü ordulardan birinə çevrildiyini və işğal altındakı torpaqlarımızı hərbi yolla azad etməyə qadir olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa edilməsə, yaxın gələcəkdə erməni faşistləri mütləq layiqli cavablarını alacaqlar.

T.Babayev isə məruzəsində Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”dakı çıxışını, eləcə də dövlətimizin başçısının “Əl-Cəzirə” televiziyasına müsahibəsindəki fikirləri xatırladıb.

Konfransda məruzələr əsasında Gəncə şəhər veteranlar təşkilatının sədri, ehtiyatda olan polkovnik Yusif Məmmədov, Gəncə şəhəri Nizami rayon veteranlar təşkilatının sədri, Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov, Gəncə hərbi prokurorunun köməkçisi Elçin Məmmədov, “N” hərbi hissənin bölük komandiri, polkovnik-leytenant Vüqar Həsənov, Qarabağ müharibəsi veteranı Ramiz Əliyev və başqaları çıxış edərək torpaqlarımızın erməni işğalçılarından tezliklə azad olunacağına inamlarını bildiriblər.

Sonda Böyük Vətən müharibəsi iştirakçısı, 95 yaşlı T.Hüseynova Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyi” medalı təqdim edilib. Həmçinin “N” saylı hərbi hissənin leytenantı Tamerlan Mustafayev, sıravi əsgərlər Etibar Cabbarov və Mehdi Şahbazov Respublika Veteranlar Təşkilatının fəxri fərmanları ilə təltif olunublar.

Tarix
2017.03.06 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla