Yuxarı

Nazarbayevin Bakı səfəri ölkəmizə nə vəd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayevin Bakı səfəri ölkəmizə nə vəd edir?

Səfər planlaşdırılan səfərdir və bu, daha əvvəl baş tutmalı idi. Lakin müxtlif səbəblərdən reallaşmadı. Apreldə isə bu səfər baş tutacaq.

Axar.az xəbər verir ki. bu sözləri politoloq İlqar Vəlizadə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin aprel ayının əvvəlində Azərbaycana səfərini şərh edərkən Moderator.az-a açıqlamasında deyib. Politoloq bildirib ki, Qazaxıstanla münasibətlərin inkişaf etdirilməsi ölkəmizin maraqları baxımından mühüm rol oynayır:

"Öncə qeyd edim ki, Qazaxıstan bizə qonşu dövlətdir. Türkdili dövlətlərdən biri kimi bu konteksdə də bizimlə sıx əməkdaşlıq edir. Qazaxıstan son vaxtlar nəqliyyat sektorunda iri layihələr həyata keçirir ki, Azərbaycanla münasibətlər bu məsələdə xüsusi yer tutur. Xəzərdən Çinə yol açılır.

Azərbaycan-Qazaxıstan münasibətləri yalnız sosial-iqtisadi deyil, siyasi baxımdan da önəmlidir. Qazaxıstan liderinin MDB məkanında böyük çəkisi var. Demək olar ki, o, bu məkanda ən qocaman və təcrübəli liderdir. Onun təcrübə və nüfuzu Qazaxıstanın mühüm layihələrdə iştirakına yol açır.

Qazaxıstan bu il İslam Əməkdaşlıq Təşkilatının sədridir. Məlum sammit cari ilin sentyabr ayında Astanada keçiriləcək. Bu il Azərbaycanda da İslam Həmrəyliyi İlidir. Yəni bu konteksdə də münasibətlərimiz üst-üstə düşür".

Politoloq vurğulayıb ki, Qazaxıstan son illər ərzində Azərbaycanın strateji müttəfiqinə çevrilib. Azərbaycan da Qazaxıstan üçün strateji müttəfiqdir:

"Qazaxıstanın Qarabağ məsələsində Azərbaycana verdiyi dəstək də xüsusilə vurğulanmalıdır. Ümumiyyətlə, Qazaxıstan demək olar ki, bütün məsələlərdə Azərbaycanın yanında yer alır, onun mövqeyini dəstəkləyir. Bu baxımdan Qazaxıstanla münasibətlərin inkişafı, bu münasibətlərin dərinləşdirilməsi Azərbaycan üçün mühüm önəm kəsb edir”.

Tarix
2017.03.09 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla