Yuxarı

Mingəçevirdə nurçuların toplaşdığı villa - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mingəçevirdə nurçuların toplaşdığı villa - Foto

Mingəçevirdə nurçuların yığışdıqları məkanlardan biri bəlli olub.

Bu barədə "Axar.az"a "nur şəhəri"ndəki mənbələr xəbər verib. Mənbənin dediyinə görə, şəhərdəki nurçular Kür çayının sahilində yerləşən şəkildə gördüyünüz bu evə yığışırlar. Dərsxana kimi fəaliyyət göstərən nur ocağına isə Müşfiq Nəcəfov adlı bir şəxs rəhbərlik edir.

Məlumata görə, M.Nəcəfov Ankarada İlahiyyat Universitetində təhsil alıb. Onun Türkiyədə nurçu təriqətinin üləmaları ilə sıx əlaqələri var. Bu evdən başqa, nurçular Kənd Mingəçevir adlı əraziyə də yığışırlar. Onların əsas məkanı isə kənddəki məsciddir.

Məlumatda o da deyilir ki, son günlər nurçulara qarşı başlamış əməliyyatlardan sonra məscidə gələnlərin sayı azalıb. Onlar indi əsasən fotoda görünən bu evə toplanırlar.

Qonşuların dediyinə görə, Quran öyrədilməsi adı altında hər gün bu evə 30-a yaxın gənc gedib gəlir.

Tarix
2014.04.24 / 11:51
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla