Yuxarı

Olland Əliyevlə mərasimdə elə bir çıxış etdi ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Fransaya səfəri son dərəcə böyük strateji əhəmiyyət daşıyır. Bunu gələcəkdə daha qabarıq şəkildə hiss edəcəyik.

Bu sözləri Prezident İlham Əliyevin Fransa səfəri ilə bağlı Axar.az-a danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, Fransa Avropa Birliyinin əsas aparıcı iqtisadi, siyasi xəttini müəyyənləşdirən dövlətdir və bu mənada, Fransayla münasibət Avropa məkanı ilə siyasi tərəfdaşlıq üçün başlıca fundamentdir:

“Fransa Cənubi Qafqazda tarixən öz maraqlarını həyata keçirmək üçün mühüm hərbi, siyasi və iqtisadi vasitələri işə salıb. Təsadüfi deyil ki, biz müstəqillik qazanandan sonrakı illərdə Fransa Qafqazlarda öz mənafeləri üçün bütün diplomatik addımlarda öndə olub, Qafqaz müharibələrinin tənzimlənməsində yer tutmağa çalışıb və bundan ötrü rəsmi status da qazanıb. Ancaq o biri yandan da iqtisadi proseslərə qoşulmağa qadir olub. Münaqişələr dedikdə, burada təkcə Qarabağ məsələsini nəzərdə tutmuram. 2008-ci ildə Gürcüstanda böhran və silahlı toqquşma yarananda Fransanın o zamankı rəhbərliyi bütün Avropanın mənafeləri baxımından danışıqların ağırlığını öz üzərinə götürdü və son anda beş günlük müharibənin dayandırılmasında mühüm rol oynadı. Yəni Paris Avropanın siyasi paytaxtlarından biridir və Yelisey sarayı illərdir ki, dünyanın demokratiyası, siyasi həyatı, arxitekturası və gələcəyi ilə bağı öz dominant mövqeyini qoruyub saxlayır.

İkinci mühüm məsələ odur ki, Ermənistan ötən onillər ərzində Fransa ilə münasibətlərini o səviyyədə qurmağa çalışırdı ki, Azərbaycan və Türkiyə bundan ziyan çəksin. Faktiki olaraq sanki Paris-Bakı, Paris-Ankara arasında toqquşmalarda İrəvan mühüm bir alət kimi çıxış etməkdədir.

Əslində, son on ildə Azərbaycanın əsas diplomatik siyasi hədəfində dayanan vəzifələrdən biri Avropa Birliyi ilə yaxın iqtisadi əlaqələr qurarkən, həmçinin bu münasibətləri Ermənistanın ziyanına aparmaq olub. O üzdən Fransa ilə Ermənistan arasındakı ticari-iqtisadi münasibətlər Azərbaycanınkından təxminən 10 dəfə kiçikdir. Baxmayaraq ki, həmin ölkədə erməni diasporu Fransanın dövlət siyasətinə təsir etməyi bacarır. Bununla bərabər, Azərbaycan açıq şəkildə son illər bu bölgədə maraqlarımız əleyhinə siyasəti xeyli neytarllaşdırıb”.

Millət vəkili bildirib ki, xüsusilə ermənilərin son günlər Sərkisyanın Paris səfərindən qurduqları təbliğatı nəzərə alsaq, ölkə başçısnın bu addımları sırasında daha mühüm uğurların əldə olduğunu tam miqyasda görə bilərik:

“Erməni mediasında eyforik şəkildə Parisdən Azərbaycanın cəzalandırılması tələbləri yer alır və Fransa vasitəsilə ölkəmiz əleyhinə təbliğat qurmaqdadırlar. Sən demə, bizim güllə atmaq səlahiyyətimiz yoxdur və müharibəni aparan dövlət qarşısında Parisi görəcək. Mümkündür ki, Parisdə Ermənistanın lehinə müxtəlif fikirlər söylənib. Lakin bunun bütün səngər boyunca monitorinq qurğusunun yerləşdirilməsi və ATƏT-in oradakı missiyasının tərkibinin genişləndirilməsi səviyyəsində olduğuna qəti şübhə edirik. Baxmayaraq ki, Yenisey sarayında hakimiyyətin tranziti üçün seçki kampaniyasına qədəm qoyulub və çox şiddətli, bir qədər də çirkli mübarizə gedir. O biri yandan Fransa Qarabağ məsələsində müəyyən fəallıq etmək istəsə də, bütövlükdə bölgədə sanksiya rejimini işə salmaq mövqeyi heç bir halda münaqişənin tənzimlənməsində rol oynaya bilməz. Ona görə ki, əgər sülh prosesi irəliləmirsə, onun alternativi müharibə işə düşür”.

Z.Orucun sözlərinə görə, Fransa bütün məqamları nəzərə alaraq növbəti dəfə yüksək davranışlar sərgilədi:

“Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Ziyafət mərasimində Ollandın çıxışının mətnində çox mühüm tarixi rakurs vardı. Nəinki Aleksandr Dümanın Qafqaz səfəri, Azərbaycanda olması və bundan sonra yazdığı əsərlər, ondan öncə də müxtəlif fransız səyyahlarının Qafqazla təmasları, Azərbaycanla ilk münasibətlərin qiymətləndirilməsi bizim üçün çox önəmlidir. Çünki Ermənistan bəyan edir ki, biz bu bölgəyə İrandan qopub gəlmişik, bu məkan Rusiya və Ermənistana məxsusdur və Türkiyənin də yeddi vilayəti guya böyük Ermənistana daxildir. Belə olan təqdirdə siyasi qəsbkarlıq planlarına tarixi kontekst vermək istəklərinin qarşısına Ollandın bu çıxışını qoymaq mümkündür. Biz iddia etmirik ki, Fransa ilə 500 illik münasibət və ticari əlaqələrimiz var. Bunu Fransanın hazırkı prezidenti söyləyir. Bundan sonra iki ölkə əlaqələrinin inkişafı elə bir durum meydana çıxaracaq ki, Paris və Bakıdan İrəvan əleyhinə mühüm mövqeləri çıxarmaq mümkün olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 13-də Fransaya səfər edib və Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə mühüm görüşlər keçirib. Ölkə başçısı martın 14-də isə Parisdə, Yelisey Sarayında Fransa Prezidenti Fransua Ollandla görüşüb. Görüşün yekununda iki ölkə arasında istisadi sahədə bir sıra sənədlər imzalanıb.

Tarix
2017.03.17 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla