Yuxarı

Casim: "Bakıda böyük işlər görülüb"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Casim: "Bakıda böyük işlər görülüb"

Azərbaycan müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, burada çox böyük işlər görülüb, yüksək inkişafa nail olunub.

Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” adlı beynəlxalq festivalda iştirak etmək üçün Bakıya gələn Küveyt Dövlət Universitetinin professoru Casim Məhəmməd əl-Əli deyib.

Bakıda qatıldığı festival, keçirdiyi görüşlər, ümumiyyətlə, ölkəmizlə bağlı fikirlərini bölüşən alim deyib: “Bir çox ölkələr, o cümlədən, İslam və ərəb ölkələri sənətkarlarının əsərlərinin nümayiş olunduğu sərgiyə Küveyt də qatılıb. Nümayəndə heyətinə mən başçılıq edirəm. Sərgi dünya xalqları arasında mədəniyyət və incəsənət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Küveyt nümayəndə heyəti sərgidə əsasən, hikmətli sözlər, müqəddəs “Qurani-Kərim” ayələri yazılmış xəttatlıq nümunələrindən ibarət əsərlərlə iştirak edib”.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarovla görüşdüyünü deyən qonaq, Küveyt Dövlət Universiteti ilə akademiya arasında təcrübə, tələbə və müəllim mübadiləsinə dair müzakirələr aparıldığını, qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini bildirib.

Ölkəmizə ilk dəfə gəldiyini qeyd edən professor Casim Məhəmməd əl-Əli deyib: “Azərbaycan xalqı çox qonaqpərvərdir. Burada özümüzü qürbətdə hiss etmirik, sadə adamlarla görüşlərimizdə də isti münasibətin şahidi olduq. Gəzdiyimiz muzeylərdə və digər məkanlarda Azərbaycanın qədim tarixini, mədəniyyətini gördük. Azərbaycan müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, burada çox böyük işlər görülüb, yüksək inkişafa nail olunub”.

Xatırladaq ki, “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” adlı beynəlxalq festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gerçəkləşib.

Tarix
2017.03.18 / 23:25
Müəllif
Axar.az
Oxunub
1 130
Digər xəbərlər

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla