Yuxarı

DYP-dən taksi sürücülərinə - Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

DYP-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, son bir neçə ildə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması istiqmətində xeyli iş görülüb, nəticədə ölkəyə turist axını xeyli sayda artıb:

“Lakin təəssüflə qeyd etməliyik ki, nəqliyyat sahəsində çalışan ayrı-ayrı şəxslər tərəfindən pərakəndə şəkildə taksi fəaliyyətinin göstərilməsi, istismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi görülən irimiqyaslı işlərin üzərinə kölgə salır, xarici vətəndaşlarda ölkəmiz haqqında xoşagəlməz təəssürat yaradırlar.

Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı, daşımaları müəyyən edilmiş ərazi hüdudlarında, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi minik avtomobili «Taksi» tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər".

BDYP İdarəsi bir daha taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırır ki, qeyd olunan tələblərə cavab verməyən, habelə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Tarix
2017.03.22 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla