Yuxarı

Ermənistan “Dağlıq Qarabağı” danışıqlar masasına qaytarmaq istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan dövlət başçısı Serj Sərkisyanla noyabrın 19-da görüşəcək.

Bu məlumatı Ermənistanın "Qraparak" qəzeti diplomatik mənbələrə istinadla yazıb. Ancaq görüşün dəqiq yeri bəlli deyil. Qəzetin iddiasına görə, bu görüş ya Vyanada, ya da Sürixdə baş tutacaq.

Qəzet "görüş naminə görüş" kimi dəyərləndirdiyi bu görüşdən ciddi nəticələr gözləmir: "ABŞ sülh danışıqlarının hələ dalana dirənmədiyi təəssüratını yaratmaq istəyir və Rusiyanın Cənubi Osetiya və Abxaziyada həyata keçirdiyi ssenarinin bu problemə tətbiqinə mane olmaq istəyir".

Dolayısı ilə Rusiyanın Qarabağa ordu yeritmək imkanına diqqət çəkən erməni mənbələri görüşdə Ermənistanın "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar stoluna keçirilməsi üçün" təkid edəcəyini də vurğulayıb. Qeyd edək ki, Azərbaycanın yeni Müdafiə naziri Zakir Həsənovun təyinatı Ermənistanda həyacanla qarşılanmşdı və peşəkar zabitin ordunun başına keçməsi və islahatlarını erməni mediası Azərbaycanın müharibəyə hazırlığı kimi dəyərləndirmişdi. Bura Azərbaycanın son illər hərbiyə yatırdığı vəsaiti artırmasını və sürətlə silahlanmasını əlavə edən erməni ekspertlər narahatlıqlarını ifadə etmişdilər.

Görünür, "Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması təkidi" ictimai narahatlığa köklənən təbliğatdır.

Tarix
2013.11.14 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə gedir

Azərbaycanlı İsrailə görə həbs edildi

Prezident Xocalıya köçən ailənin qonağı oldu - Foto

Daşnakların Qarabağı yenidən işğal etmək niyyəti...

Əliyevlə Trampın oxşar cəhəti budur – Lazoviç

Hikmət Hacıyev İsraildə: Netanyahu ilə görüşdü - Foto

Bu, Türkiyə ilə bizi inanılmayacaq qədər yaxınlaşdıracaq

AZAL pilotlarının danışıqlarının stenoqramları… - Lastayev

Pezeşkian Əli Əsədovu bu cür qarşıladı: Xoş gəlmisən - Video

Texniki ekspertizalar vaxt aparır, gözləyirik… - Lastayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla