Yuxarı

İlham Əliyevin heyranlıqla baxdığı şəkil kimindir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə maraqlı bir şəkil paylaşılıb. Azərbaycan Prezidenti İlham Əliyev muzeydə diqqətlə bir şəkilə baxır və ona şəkil sahibi haqqında məlumat verildiyi görünür.

Yağlı boya ilə işlənmiş bu şəkil İbad Hüseynovundur.

İbad Hüseynov Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiridir. Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır.

1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu və Ermənistanın Milli Qəhrəmanı Monte Melkonyanı Xocavənddə öldürməsiylə (başını kəsməsi ilə) məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilmişdir.

Monte Melkonyan

Avo ləqəbli məşhur terrorçu, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olub. Həmçinin Qarabağ müharibəsinin ən qanlı səhifələrindən olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo birbaşa qətliamda iştirak edib.

Monte Melkonyanın öldürülməsi

1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov 14 nəfərlik kəşfiyyat dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə keçir. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an onlar Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət etdiyini görürlər. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfərə yerində qalmağı əmr edərək Muğanlı kəndinə sarı getməyə başlayır.

İbadla Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır.

Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür.

P.S. Bu şəklin hazırda "feysbuk"da müzakirəsi gedir və şəklin fotomontaj olduğu bildirilir. Fotomontaj iddiasını irəli sürənlər kifayət qədər əsaslı arqumentlər səsləndirirlər. Bütün bunlara baxmayaraq, İbad Hüseynov fəxr etdiyimiz gəncdir və onun belə bir şəklinin arzulandığı başadüşüləndir...

Tarix
2013.11.14 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla