Yuxarı

Ərdoğan AKP-yə nə vaxt üzv olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 2-də yenidən hakim Ədalət və İnkişaf Partiyasına üzv olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. “Mayın 2-də parlament fraksiyasının toplantısında prezidentin üzvlüyü barədə qərar qəbul edəcəyik”, - deyə Baş nazir qeyd edib.

Bir qədər əvvəl prezidentin mətbuat katibi İbrahim Kalın Türkiyə liderinin aprelin 16-da keçirilən konstitusiya referendumunun yekun nəticələri elan edildikdən sonra hakim partiyaya üzv olmağa hazırlaşdığını deyib. Türkiyə KİV-ləri Ərdoğanın mayın 21-də keçiriləcək növbədənkənar partiya konqresində sədr postuna qayıda biləcəyini yazırlar.

Ədalət və İnkişaf Partiyasının banisi Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə ölkə prezidenti seçildiyi üçün təşkilatı tərk etməyə məcbur olmuşdu. Referendumda qəbul olunan konstitusiya düzəlişlərinə əsasən, bundan sonra prezident öz siyasi partiyasında qala bilər.

Tarix
2017.04.28 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla