Yuxarı

NATO Tiflisə girir: Bakı bu fürsətdən istifadə edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Parlament Assambleyasının iclasının Gürcüstanda təşkili Alyansın artıq Cənubi Qafqazda əsas rol alacağı və ümumi təhlükəsizliyə töhfə verəcəyi anlamına gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, NATO-nun Tiflisdə öz iclasını keçirməsini şərh edərkən qeyd edib ki, Alyansın Rusiyanın öz maraq dairəsi hesab etdiyi regionda toplanması təsadüfü deyil:

“Rusiyanın ənənəvi siyasi-rəqibi olan NATO-nun regionda güclənməsi iki güc arasında münasibətləri daha da gərginləşdirəcək. Gürcüstanda Alyans öz hərbi təlim düşərgəsini açmaqla rəsmi Kremli ciddi narahat edib. Rusiya buna cavab olaraq, Abxaziya və Cənubi Osetiyada öz hərbi qüvvələrinin sayını artırıb, ilk növbədə, burada raket sistemlərini yerləşdirərək, regionda militarist və separatizmə dəstək verib. Təbii ki, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə zidd olaraq, separatçı bölgələrdə hərbi gücünü artırması bu bölgələrin gələcəkdə Gürcüstanın ərazi bütövlüyünə daxil olmasını çətinləşdirəcək”.

Politoloq vurğulayıb ki, NATO regionda Rusiyanın aqressiv siyasətinə qarşı öz addımlarını atmaqdadır:

“NATO-nun bu siyasəti Azərbaycanın regional təhlükəsizlik maraqlarına cavab verir. Ölkəmizin NATO-nun tədbirində iştirakı, burada Qarabağ münaqişəsi barədə iştirakçı ölkələrə məlumat verilməsi, regionun işğaldan və separatizmdən əziyyət çəkdiyinin göstərilməsi uğurlu siyasətdir. Ermənistanın işğalçı siyasətinin Alyans tərəfindən ciddi təhdid olaraq qəbul edilməsi mütləqdir. Hazırda Ermənistanın işğalçı mövqeyinin NATO-nun regional siyasətinə təhdid olduğu artıq bəllidir. Bunu NATO-nun siyasətini müəyyən edənlər çox gözəl görürlər. Ona görə də qurum çalışır ki, regionda Rusiyanın mövqeyini zəiflətməklə, işğal və separatizmin aradan qaldırılmasına töhfə versin”.

Politoloq rəsmi İrəvanın Alyansın regiona gəlişindən məmnun olmadığını da qeyd edib:

“Çünki İrəvanın işğalçı ölkə kimi NATO-nun təzyiqləri ilə üzləşməsi yaxın gələcəkdə mümkündür. Rusiyanın müttəfiqi olan bir ölkə əlbəttə ki, NATO-nun rəqibidir. Ermənistan ərazisində Rusiya bazaları və raketləri məhz Alyansa qarşı nəzərdə tutulub. NATO çalışır ki, Azərbaycan Gürcüstanda onun hərbi və siyasi işlərində yaxından iştirak etsin və dəstək versin. Qeyd edim ki, Azərbaycan NATO-nun region siyasətinə ciddi dəstək verərsə, Rusiyanın satalleti olan Ermənistanı bu qrumda izolyasiya edib, Alyansın dəstəyini ala bilər. Batumidə Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin üçlük formatında görüşü və iyunda nəzərdə tutulan birgə hərbi təlimlər NATO-nun bölgədə aktivləşməsi fonunda baş tutur. Bu, Moskva-İrəvan hərbi xəttinə qarşı NATO-nun dəstəyi ilə həyata keçirilən bir formadır. Yaxın Şərqdə gedən geosiyasi müharibə və Qafqazda gözlənilən təhdidlər fonunda NATO ölkəmiz və region üçün ümumi təhlükəsizlik çəmbəridi. Azərbaycanın xarici konsepsiyasında da Avropaya inteqrasiya başlıca pioritet təşkil edir. Regionda Qərbin əsas enerji maraqlarını təmin edəcək Cənub Qaz Kəmərinin təhlükəsizliyinin təmin olunmasında NATO əsas faktor olacaq. Çünki Ermənistan tərəfindən Azərbaycanın qaz və neft kəmərləri dəfələrlə raketlə vurulmaqla təhdid olunub, həmçinin, Gürcüstan ərazisindən keçən hissəsində Rusiyanın da müəyyən təxribatları müşahidə edilib. Ona görə də NATO-nun enerji təhlükəsizliyinin təmin olunmasında iştirakı labüd olacaq”.

Tarix
2017.05.29 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla