Yuxarı

Nazirlik Füzulidəki atışmanın təfərrüatını açıqladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur olub.

Ermənistanın kəşfiyyat-diversiya qrupu Milli Ordumuzun Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi istiqamətində yerləşən mövqelərinə hücum edib. Eyni zamanda, düşmən adıçəkilən rayonun Alxanlı kəndini də atəşə tutub. Nəticədə Azərbaycan ordusu Ermənistan tərəfinin hər iki təxribatının qarşısını alıb. Atışma zamanı Azərbaycan ordusunun 3 hərbçisi yüngül yaralanıb. Qarşı tərəfin itki verdiyi deyilir.

Atışma təqribən 30 dəqiqə davam edib. Kənd sakinləri arasında ölən və yaralanan yoxdur.

Füzuli rayonunun Alxanlı kəndi erməni mövqelərinin təqribən 600-700 metrliyində yerləşir. Sakinlərin sözlərinə görə, son bir həftədər ki, hər gün kənd qarşı tərəfin atəşinə məruz qalır.

Kənd sakini Lüdmila İsmayılova deyir ki, tək qalmıram, amma dünən evdə tək idim: "Yoldaşım getmişdi. Atışma olanda evdən çıxıb divarın dibində, çöldə dururuq. Ermənilər tez-tez atırlar".

Qarşı tərəf adətən gecə saatlarında kəndi atəşə tutur. Əsasən iri çaplı silahlardan istifadə edilir. Ən çox həyəcan keçirən isə azyaşlılardır.

Vəliyəd İsmayılovun sözlərinə görə, hər gün atırlar: "Bizim evin yanına düşməyib, gəlib aşağı düşür. Uşaqları aparıram aşağıda qohumumun evi var, qoyuram ora, yoldaşımla özüm qalıram".

Alxanlı kəndilə yanaşı rayonun təmas xəttində yerləşən Şükürbəyli, Aşağı Əbdulrəhmanlı kəndinin Azərbaycanın nəzarətində olan hissəsi də atəşə tutulub.

Müdafiə Nazirliyi isə erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyətin nəzarətdə olduğunu deyir. /ANS/.

Xatırladaq ki, erməni diversiya qrupunun ötən gecə Füzuli istiqamətində hücuma keçdiyi barədə yerli sakinlərə istinadla Axar.az saytı olaraq biz məlumat yaymışdıq.

Tarix
2014.05.23 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla