Yuxarı

Türkiyədə "Qarabağ" parkı açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə "Qarabağ" parkı açıldı

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir.

Report xəbər verir ki, Türkiyənin qədim torpaqlarından olan, Anadolunun ürəyi hesab olunan Aksaray vilayətində ilk və yeganə tematik park olan “Qarabağ” parkı və “Xaribülbül” abidəsinin açılışı olub. Şəhərin mərkəzi meydanlarından birində yerləşən park Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Aksaray bələdiyyə məclisinin qərarı ilə hazırlanıb. Qarabağda bitən və bülbülə oxşayan Xarıbülbül çiçəyi abidəsinin üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natavanın, böyük şair Vaqifin adları, muğam üçlüyü, Qarabağın və Şuşanın tarixi yerləri öz əksini tapıb.

“Qarabağ parkı” və “Xaribülbül” abidəsinin açılışında Azərbaycan və Türkiyə millət vəkilləri, Aksaray bələdiyyəsinin rəhbəri, , vilayətdə yaşayan həmvətənlərimiz, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.

30 000 kvm ərazini əhatə edən “Qarabağ parkı”nı gəzən bələdiyyə rəhbəri və qonaqlar zəngin, maraqlı güşələri olan tematik parkla yaxından tanış olub, “Xaribülbül abidə”sini ziyarət ediblər. Möhtəşəm hazırlanmış abidənin önündə toplaşan qonaqlar Aksaray vilayətinin ən gözəl güşəsində təxminən bir ilə ərsəyə gələn “Qarabağın parkı”nın bundan sonra Aksarylıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayet edəcəyi bildirilib.

Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxışında biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu sözdə qalmadı deyən Aksaray bələdiyyəsinin rəhbəri Haluk Şahin Yazqı Qarabağın adını Aksaray vilayətində yaşatmağın qürurunu yaşadırıq deyib.

Parkın açılışından çıxış edən millət vəkili Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib: “Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımız”. Millət vəkili səhnədə 2 yaşlı Zəhranın şəklini göstərərək onun erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib.

Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türkiyənin dörd bir yanında açılmalıdır deyilib.

Rəsmi hissədən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan Türkiyə qardaşlıq gecəsi” keçirilib. Azərbaycan xalq musiqilərinin ifa olunduğu gecədə ölkəmizdən dəvət olunmuş sənətçilər Əməkdar artist Aybəniz Həşimova, gənc sənətçi Aynişan Quliyeva, musiqiçi İlham Əskəroğlu və xanəndə Nicat Canıyev çıxış edib, “Qarabağ Şikəstəsi”, “Çırpınırdı Qara dəniz” və s. çox sevilən musiqiləri canlı səsləndiriblər. Musiqi ziyafəti alqışlarla qarşılanıb. Gecənin sonunda Millət vəkili Qənirə Paşayevaya Aksarayın fəxri vətəndaşı adı verilib. Program “Qarabağ parkı”nın səmasında hazırlanmış möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Tarix
2017.07.23 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla