Yuxarı

Putin-Əliyev görüşü sübut etdi ki… - Savelyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aramızı vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur.

Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşünü şərh edən Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

D. Savelyev deyib ki, prezidentlərimizi və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır: “Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq".

Tarix
2017.07.23 / 15:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Ribunyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla