Yuxarı

Yeni dünya nizamı: Baltik-Xəzər ittifaqı yaranacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltik, Qara və Xəzər dənizləri arasındakı dövlətlərin NATO-ya alternativ olacaq qurum çərçivəsində birləşməsi inandırıcı deyil.

Bu sözləri Axar.az-a “Stratford” analitik şirkətinin 2015-2025-ci illə bağlı yaydığı proqnozları şərh edərkən politoloq Arzu Nağıyev söyləyib.

Onun sözlərinə görə, NATO-nun Rusiyaya qarşı kifayət qədər gücü var və bunun üçün ona alternativ qurumun yaradılması mənasızdır:

“NATO Baltik, Qara və Xəzər dənizləri arasındakı regionda özünə alternativ olaraq hər hansı bir qurumun yaradılmasına imkan verərmi? Bu ərazilərin hamısı Rusiya üçün strateji əhəmiyyətli yerlərdir. Bilirsiniz ki, bu ərazilər Baltik dənizindən başalayaraq, Ukrayna, Moldova, Belarusdan Gürcüstan sərhədlərinə qədər gəlib çatan ərazilərdir. Yəni məhz burada hansısa alternativ qurumun yaradılması, Avropanın özünə xeyir gətirməməklə bərabər, region üçün də təhdiddir. Əsas məsələ regionda yığılan bu qədər silahın tətbiq edilmə təhlükəsidir.

Düşünürəm ki, “Stratfor”un bəyanatı hələ ABŞ-ın, NATO-nun və yaxud hansısa Qərb dövlətlərinin mövqeyi deyil. Yəni bunun digər bir tərəfi də var. Bildiyimiz kimi, Tramp prezident seçildikdən sonra maliyyə vəsaitlərinin xərclənməsi istiqamətində müəyyən addımlar atdı. NATO-nu saxlamaq üçün nə qədər vəsait lazımdırsa, bu məsələni də həll etmək üçün o qədər vəsait lazımdır. Düşünürəm ki, bu gün NATO-nun istər silahlarının, istərsə də digər vasitələrinin məhz Rusiyanın qarşısında tab gətirəcək qədər gücü və qüvvəsi var. Belə bir qurumun yaradılması, eyni zamanda, Azərbaycanın da məhz bu siyasi oyunlara qoşulması hələlik bir xülya və fikirdir. Ona görə ki, biz balanslı siyasət yürüdürük. Azərbaycan Rusiya ilə qonşu dövlətdir. Burada atılacaq hər hansı bir addım Rusiyanı qıcıqlandıra və müxtəlif xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Bu gün bizim üçün əsas istiqamət Dağlıq Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün bərpasıdır. “Stratfor”un bəyanatı heç də inandırıcı görünmür”.

Qeyd edək ki, "Stratfor” 2015-2025-ci il proqnozlarını yayıb. Şirkət proqnozlarında ABŞ-ın NATO-ya paralel olaraq Baltikyanıdan Bolqarıstana qədər müttəfiqlər sistemi qurmağa çalışdığını bildirib. “Stratfor” bu ittifaqa Azərbaycan və Türkiyənin də cəlb edilməsini mümkün sayıb.

Tarix
2017.07.29 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla