Yuxarı

Vasif Talıbov türkiyəli vali ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov türkiyəli vali ilə görüşdü - Foto

İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onu İqdır vilayətinə vali təyin olunması münasibətilə təbrik edib. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin tarixi inkişaf yoluna nəzər salıb, Naxçıvanın və İqdırın ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və mövcud inkişafı haqqında məlumat verən Ali Məclisin Sədri iqtisadi-ticarət, elm, təhsil, səhiyyə, ordu quruculuğu və turizm sahəsindəki ikitərəfli əlaqələrdən danışıb, azad ticarətin təşkilinin münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.

İqdır Vilayətinin valisi Ənvər Ünlü Naxçıvanda olmaqdan məmnunluğunu bildirib və göstərilən xoş münasibətə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı münasibətlərin əməkdaşlığın genişləndirilməsi üçün hərtərəfli əsas yaratdığını vurğulayan vali fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafına çalışacağını bildirib.

Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev və Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər.

Tarix
2017.07.31 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla