Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!
02:00
| Ana səhifə Planet |
|
Bolqarıstan hakimiyyəti Tryavna yaxınlığındakı “EMCO” hərbi zavodunda baş verən partlayışın mümkün səbəbi kimi təxribat amilini araşdırır.
Axar.az xəbər verir ki, bunu Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev deyib.
"Biz kənar müdaxiləni istisna etmirik", - o qeyd edib.
O deyib ki, hakimiyyət orqanları mümkün əlaqəni müəyyən etmək üçün “EMCO”da, eləcə də digər şirkətlərdə baş verən əvvəlki partlayışları və yanğınları nəzərdən keçirir.
Qeyd edək ki, sentyabrın 12-də “EMCO” zavodunun anbarlarında bir neçə partlayış baş verib. Ardınca yanğın olub. Xəsarət alan olmayıb. Bu, son bir ayda “EMCO”da baş verən ikinci belə hadisədir. Əvvəlki hadisə avqustun 10-da Belitsa kəndindəki sursat anbarında baş verib.
|
Tarix
2026.09.13 / 01:38
|
Müəllif
Axar.az
|