Yuxarı

Erməni lobbisi hazırda Kremldə at oynadır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 200 illik əlaltısı olan Ermənistandan heç vaxt imtina etməyəcək. Üstəlik, Ermənistanın özünü müstəqil aparması real görünmür.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb.

Politoloq Ermənistanın son zamanlar Qərbə meyillənməsinin imitasiya xarakteri daşıdığını deyib:

“Əgər İrəvan bu gün Moskvadan əlini çəksə, Qərb ona Rusiya qədər dəstək verməyəcək. Bir də ki, Rusiyanın Ermənistandan əl çəkməsi üçün lazımı beynəlxalq şərait yetişməyib. Ermənistanın Rusiya caynağından qurtulması üçün Rusiyanın bu ölkədəki bütün imtiyazları aradan qaldırılmalı, İrəvan isə əvəzində külli miqdarda vəsait ödəməlidir. Qərb isə bu pulu Ermənistana verməyəcək. Ermənistanın NATO təlimlərində iştirak etməsi və Avropa Birliyi ilə xüsusi əməkdaşlıq xarakterli bəyanatlar verməsi hələ Ermənistanın Avrasiya İttifaqından çıxması və birbaşa Qərbə meyillənməsi demək deyil. Bu, ən azı qarşıdakı 20-30 ildə mümkünsüzdür. Rusiya bu gün Tatarıstandan əldə etdiyi vəsaiti Ermənistana ötürür. Üstəlik, Rusiya Ermənistan ordusuna indiyə qədər 5 milyard dollardan artıq silah göndərib. Bu fonda İrəvanın Moskvadan üz döndərməsi məntiqsizdir. Düzdür, Ermənistandan miqrasiya edənlərin çoxu Qərbə gedir. Ancaq Rusiyaya gedən ermənilər də az deyil. Bu gün Rusiyada erməni lobbisi dünyadakı ən güclü lobbilərdəndir. Hakimiyyətin siyasətinə təsir edən erməni lobbisi hazırda Kremldə at oynadır. Hətta bu gün İranda Rusiya səfirliyinin başında erməni durur. Ermənistan həmişə Rusiyanın quyruğunda sürünəcək və yalnız Moskvanın verdiyi sədəqələr hesabına öz mövcudluğunu təmin edəcək”.

Azərbaycanın Rusiya üçün strateji cəhətdən daha əhəmiyyətli olduğunu vurğulayan politoloq hesab edir ki, əgər Rusiya öz maraqlarının gedişində dayansa, onda Azərbaycana daha önəm verməlidir:

“Ancaq hələ ki, Rusiyadan bu istiqamətdə ciddi addımların şahidi ola bilmirik. Bu kontekstdə Ermənistanın Rusiya təsirindən qopacağı və Rusiyanın Azərbaycana yatırım edəcəyi hələ dumanlıdır. Çünki Rusiyanın özündə bir çox şey qeyri-müəyyəndir, hakimiyyətin müxtəlif qolları arasında ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər nəticəsində ölkənin xarici siyasətində ermənipərəst qüvvələr üstünlük təşkil edir”.

Tarix
2017.08.18 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla