Yuxarı

Azərbaycan-ABŞ əlaqələrində “Morninqstar düyünü” yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, Morninqstarın çıxışından sonrakı reaksiyaları Azərbaycan-ABŞ əlaqələrinin korlanması kimi dəyərləndirmək düzgün deyil".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Azərbaycanın Qərblə münasibətlərini şərh edərkən bildirib. O, Qərblə Bakının əlaqələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edib:

"Azərbaycan-Qərb əlaqələrinin bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Bu əlaqələr inkişaf edir və davam edəcək. Amma bu inkişafda zaman-zaman müxtəlif gərginliklər əmələ gəlir. Bu gərginliklərin aradan qaldırılması mümkün olan məsələlərdir.

Azərbaycan Müdafiə nazirinin səfərinə gəlincə isə bu, tam ağlabatan idi. Azərbaycan bütün qonşu dövlətlərlə sıx əlaqədə olmalıdır. Həm İran, həm Türkiyə, həm ABŞ... ABŞ-ı kənar hesab etmək lazım deyil. O, qlobal dövlət kimi hər regionun dövlətidir".

Qeyd edək ki, bəzi ekspertlər son günlər Azərbaycan Qərbə yönəlik siyasətdən imtina edəcəyi ilə bağlı proqnozlar verirlər. Bəzi rusiyalı analitiklərin fikrincə, Azərbaycanın seçim imkanı genişlənib, ona görə də ölkə rəhbərliyi müxtəlif güclərlə görüşərək, öz milli maraqlarına uyğun dəyərləndirmə aparır.

Tarix
2014.06.05 / 16:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla