Yuxarı

Nazirlər Kabineti yenidən formalaşır: İxtisarlar davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib, nəticədə 8 şöbə müdiri işdən azad olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb.

Qeyd edək ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır. Fərmanda isə qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır.

Musavat.com informasiyaları dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb.

O da bildirdi ki, bu islahatlar prezident fərmanına əsasən aparılır: “Hələ ki, bununla bağlı rəsmi sənəd bizə təqdim olunmayıb. Ancaq onu deyə bilərəm ki, bu islahatlar prezident İlham Əliyevin “Nazirlər Kabinetinin strukturunun təsdiq edilməsi” haqqında 23 avqust tarixli fərmanı var. Orada göstərilir ki, struktur 200 ştat vahidindən ibarət olaraq qurulmalıdır. Daha sonra həmin fərmana əlavə olaraq göstərilmişdi ki, konkret hansı şöbələr Nazirlər Kabineti aparatında fəaliyyət göstərəcək. 15 punktdan ibarət olan bu siyahıda bir çox bir-birini təkrarlayan və ya oxşar olan şöbələrin birləşdirilməsi və bir ümumi ad altında fəaliyyət göstərməsi vurğulanırdı. Bu proses indi də aparılır. Bu proses gedərkən, şübhəsiz ki, Nazirlər Kabinetinin ştatı say etibarilə azalır. Çünki cənab prezident 200 ştat vahidi müəyyən edib və işçilərin sayı 200-ə qədər azalmalıdır. Əvvəlcə bundan daha çox idi. Bu istiqamətdə ixtisarlar gedir. İkinci tərəfdən, şöbələr birləşdirildiyi üçün şöbə müdirlərindən biri işini davam etdirir, digəri ixtisara düşür, və ya yaşı çatıbsa pensiyaya gedir. İşlər İdarəsi istisna olmaqla , Nazirlər Kabineti Aparatında çalışanların sayı 200-ə endiriləcək. Nazirlər Kabinetinin aparatın baş nazirin xidməti, müavinlərinin xidməti, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti və şöbələr, o cümlədən mətbuat xidməti”.

Akif Əli vurğuladı ki, bu islahatlar Nazirlər Kabinetinin daha çevik bir struktura çevrilməsinə səbəb olacaq: “Prezidentin fərmanının məqsədi ondan ibarətdir ki, daha mobil, daha çevik , operativ və müasir tələblərə cavab verən struktur qurulsun. Məsələn, Nazirlər Kabineti Aparatında Xarici iqtisadi əlaqələr şöbəsi də var idi, bir də MDB ölkələri ilə əlaqələr şöbəsi var idi. Cənab prezident bunları birləşdirdi və bir Beynəlxalq İqtisadi Əlaqələr Şöbəsi yaratdı. Çünki MDB ölkələri də bizim üçün xaric sayılır, o mənada bu iki şöbə birləşdi. O cümlədən bizdə Humanitar məsələlər şöbəsi də var idi, Sosial məsələlər şöbəsi də. Cənab prezident onları birləşdirdi, Humanitar və sosial məsələlər şöbəsi adı altında bir şöbə yaratdı. Həmçinin Nəqliyyat və rabitə şöbəsi ayrı idi, Tikinti və kommunal təsərrüfatı şöbəsi ayrı idi. Bunlar birləşdirildi və ümumilikdə bir Kommunikasiya, tikinti, kommunal təsərrüfat şöbəsi yaradıldı".

Nazirlər Kabinetinin sözçüsü də təsdiqlədi ki, işçilərin sayı azalacaq: “Şöbə müdirlərində də biri ixtisara düşür və ya yaşı çatanlar pensiyaya gedir. Hazırda elə şöbə müdirləri var ki, pensiya yaşı çatıb, hətta ötüb. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin tərkibi nisbətən cavanlaşacaq. Pensiya yaşı çatanlar isə çox böyük hörmət və izzətlə yola salınır. Çünki onlar uzun illər işləyiblər, hökumət üçün xalq üçün öz həyatlarını sərf ediblər. Onların yerinə nisbətən cavanlar gəlir. Ancaq bir məqamı yadda saxlamaq lazımdır ki, burada təcrübə də böyük rol oynayır. Nazirlər Kabinetinin iş prinsipi elədir ki, burada mütləq həyat təcrübəsi yox, peşə təcrübəsi çox olanlar, peşəkar kadrlar olmalıdır. Prezidentin fərmanının icrası məqsədilə bütün bunlar götür-qoy edilir və baş nazirin rəhbərliyi altında həyata keçirilir".

A.Əli qeyd etdi ki, bu proses 1 ay ərzində yekunlaşacaq: “Ölkə başçısı 1 ay müddət təyin edib. Ancaq mən hesab edirəm ki, bu proses baş nazirin rəhbərliyi altında çox sürətlə başlayıb, müvafiq işlər görülür. Çox tezliklə proses başa çatmalıdır. Bütün işlər də baş nazirin nəzarəti ilə aparılır. Bir çox şöbələrdə dəyişikliklər olunub, işdən azad olunanlar və pensiyaya çıxanlar var. Biz onu da başa düşürük ki, hər bir işçinin ailəsi var, himayəsində olanlar var. Pensiyaya gedənlərin pensiya təminatı olur. Ancaq işçi ixtisara düşürsə, onun da hüquqi əsası var. Struktur islahatları nəticəsində baş tutan ixtisarlara görə həmin insanlar işdən çıxarılır. Haradasa onlara da kömək olunacaq, onların işlə təmin olunmasına yardım ediləcək. Bütün bu məsələlərə baxılır. Biz də istəyirik ki, insanların təminatı olsun. İslahatlar çərçivəsində heç bir işçiyə ziyan dəyməməsi üçün o işlər də görülür”.

Tarix
2017.08.30 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla