Yuxarı

İran Hörmüz boğazında yeni dəniz dəhlizi yaradacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Hörmüz boğazında yeni dəniz dəhlizi yaradacaq

İran və Oman arasında əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni xüsusi dəniz dəhlizinin yaradılması Körfəz ölkələrinin qarşıdakı məsləhətləşmələrinin əsas mövzusu olacaq.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı “Əl-Ərəbi Əl-Cədid” portalına müsahibəsində deyib.

Arakçının sözlərinə görə, görüş zamanı iştirakçı ölkələr İran və Oman arasında əldə olunmuş razılaşmanın detalları barədə məlumatlandırılacaq. Tərəflərə yeni marşrutla bağlı xəritələr təqdim ediləcək və sənədlərin BMT-nin Beynəlxalq Dəniz Təşkilatında (IMO) qeydiyyata alınması üçün birgə bəyanat qəbul ediləcək.

Nazir bildirib ki, görüşün gündəliyi konkret olacaq və digər məsələlər rəsmi gündəliyə daxil edilməməlidir.

Görüşdə Tehran və Maskat arasında müvafiq sazişin imzalanması planlaşdırılır. Arakçı vurğulayıb ki, razılaşma Hörmüz boğazında mövcud ümumi blokada rejiminin aradan qaldırılmasını nəzərdə tutmur.

Tarix
2026.09.13 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla