Yuxarı

Kremlin ikili “kürd dövləti” siyasəti: milyardlıq müqavilə və...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Şimali İraq Kürd Muxtariyyətində öz mövqelərini möhkəmləndirmək üçün hərəkətə keçib.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın “Rosneft” şirkəti ilə Şimali İraq Kürd Muxtariyyəti arasında imzalanan 1 milyard dollar həcmində müqaviləyə münasibət bildirərkən deyib. O bildirib ki, Rusiya formal olaraq, rəsmi açıqlamalarında Kürd Muxtariyyətinin referendum keçirməsini dəstəkləmədiyini bildirsə də, reallıqda bu prosesi dəstəkləyir:

“Rusiyanın PKK yaranandan indiyədək kürd qrupları ilə ciddi əlaqəsi olduğu məlumdur. Bölgənin əsas güc mərkəzlərindən biri olan ölkənin açıq şəkildə Kürd Muxtariyyəti ilə iqtisadi cəhətdən çox əhəmiyyətli müqavilə imzalaması narazılığa səbəb olacaq. Eyni zamanda, bu məsələdə ABŞ-ın da mövqeyi göz önündədir. ABŞ hökuməti referendumun təxirə salınması ilə bağlı açıqlamalar versə də, ümumiyyətlə kürd dövlətinin yaranmasına qarşı hər hansı bir addım atmayıb. Bu da kürd dövlətinin yaranması ehtimalının yüksək olduğunu göstərir. Rusiya da bu müqaviləni indidən həmin bölgədə əsas güclərdən biri olması üçün edib. Hazırda Rusiyanın Suriyadakı mövqeyi məlumdur. Burada da Rusiya öz mövqeyini möhkəmləndirmək üçün artıq hərəkətə keçib. Çünki İraqın şimalında yerləşən kürd bölgəsinin, o cümlədən əzəli türkman torpaqları olan Mosulun, Kərkükün çox ciddi neft, qaz ehtiyatları var. Rusiya bu enerji ehtiyatlarından istifadə etmək və öz payını qazanmaq istəyir”.

N.Cəfərli qeyd edib ki, Rusiyanın bölgə ölkələri ilə münasibətləri də gələcəkdə atacağı addımlardan asılı olaraq dəyişə bilər:

“Hazırda çox qəribə siyasi mühit yaranıb. Belə ki, Suriyada əks cəbhələrdə olan Türkiyə və İran “kürd dövləti” məsələsində ortaq mövqedən çıxış edir. Hər iki ölkə birmənalı olaraq, kürdüstan dövlətinin yaranmasının əleyhinədir və İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Çünki hər iki ölkədə etnik kürdlərin kompakt yaşadığı bölgələr var. Kürd dövlətinin yaranması gələcəkdə həmin ərazilərdə də problemlərin yaşanması ilə nəticələnə bilər”.

Qeyd edək ki, Rusiyanın “Rosneft” şirkəti 2014-cü ildən etibarən mərkəzi hakimiyyətdən asılı olmadan neft ixrac edən Şimali İraq Kürd Muxtariyyəti ilə ölkənin təbii qaz boru kəmərlərinə sərmayə qoymaq üçün razılığa gəlib. Razılaşmaya əsasən, qoyulan sərmayənin həcminin 1 milyard dollara yaxın olacağı gözlənilir.

Tarix
2017.09.19 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla