Yuxarı

Lapşinin azad olunduqdan sonra Bakıya böhtanı… - İsrail səfiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Azərbaycan bir sıra sahələrdə mükəmməl və hərtərəfli əlaqələrə malikdirlər. Bu ikitərəfli əlaqələr strateji əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a açıqlamasında İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stav blogger Aleksandr Lapşinin əfv edildikdən sonra Azərbaycan haqda böhtan və yalanlar yaymasının iki ölkə münasibətinə təsiri haqda danışarkən deyib. Səfir bildirib ki, iqtisadiyyat, müdafiə və enerji sahəsində münasibətlərimiz Azərbaycan və İsrail xalqının bir-birinə mehriban olması ilə sıx bağlıdır:

“Yəhudilərin və azərbaycanlıların qədim dövrlərdən bir yerdə mehriban yaşadıqlarını xüsusi qeyd etmək lazımdır. İsrail Azərbaycanı Yaxın Şərqin bir çox yerlərində müşahidə olunan şiddət və qəddarlıqdan kənar, çoxmədəniyyətli harmoniyada birlikdə yaşayan insanların müsbət alternativi hesab edir. Belə hadisələr isə İsrail-Azərbaycan əlaqələrinə kölgə sala bilməz”.

Səfir qeyd edib ki, İsrail dövləti Aleksandr Lapşinin Dağlıq Qarabağ ərazisinə Azərbaycanın razılığı olmadan səfər etməsinin qanunsuz olması barədə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan maddədən xəbərdardır.

“Hazırda İsraildə olan Lapşinin yaydığı böhtanlara hökumət müdaxilə edə bilərmi” sualına isə səfir bu cür cavab verib:

“Vyana Konvensiyasının konsulluqlar haqqında qanunlarına əsaslanaraq, biz fərdi şəxslərin fikirlərinə münasibət bildirmək istəmirik”.

Tarix
2017.09.20 / 12:53
Müəllif
İsko Babazadə
Şərhlər
Digər xəbərlər

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla