Yuxarı

Türk mediası: Əliyevdən İrəvana xəbərdarlıq - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Taymtürk" xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışından ibarət məqalə hazırlayıb.

Axar.az xəbər verir ki, məqalədə İlham Əliyevin İrəvana xəbərdarlığı yer alıb.

Məqalədə qeyd edilir: İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını, ancaq lazım gələrsə, Ermənistanın hərbi təxribatlarına ağır şəkildə qarşılıq verəcəklərini deyib.

Əliyev Nyu Yorkda BMT-nin 72-ci Baş Assambleyasındakı çıxışında iki ölkə arasındakı Dağlıq Qarabağ probleminə toxunaraq, tarixi Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu, bir milyondan çox Azərbaycan vətəndaşının işğal səbəbindən qaçqın vəziyyətinə düşdüyünü bildirib.

Prezident deyib: “Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırki prezidentidir”.

Beynəlxalq təşkilatlar və BMT-nin Təhlükəsizlik Şurasının işğalın dayandırılmasına dair qətnamələri olduğunu xatırladan Əliyev bildirib ki, Ermənistan bu qətnamələri heçə sayır. Bəzən BMT TŞ-nin qərarları bir neçə gündə tətbiq olunur. Bizim vəziyyətimizdə isə 24 ildir icra olunmur. Bu ikili standartdır və qəbuledilməz bir haldır. Ermənistana beynəlxalq sanksiya tətbiq edilməlidir.
Ermənistan ordusunun ötən ilin aprelində 6 Azərbaycan vətəndaşını qətlə yetirdiyini xatırladan Əliyev bunları qeyd edib: "Bu təxribatdan sonra Azərbaycan ordusu hücuma keçərək işğal olunmuş ərazilərdən bəzilərini xilas etdi və orada Azərbaycan bayrağı dalğalandırılıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağır olacaq. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, lakin Ermənistanın hərbi təxribatı davam edərsə, Azərbaycan öz xalqını müdafiə edəcək və Ermənistan yenə də cəzalandırılacaqdır".

Tarix
2017.09.21 / 00:24
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla