Yuxarı

Azərbaycan - Braziliya - 20 il

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan - Braziliya - 20 il

Braziliyanın paytaxtı Brazilia şəhərindəki Klaudio Santoro adına Milli Teatrda Azərbaycan-Braziliya diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

"Axar.az"ın xəbərinə görə, tədbirdə çıxış edən səfir Elnur Sultanov 20 il ərzində Azərbaycan ilə Braziliya arasında münasibətlərdə möhkəm zəminin yaradıldığını bildirib, siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Mədəniyyət sahəsində qarşılıqlı mübadilənin vacibliyindən danışan səfir Azərbaycanın Xalq Artisti, məşhur dirijor Yalçın Adıgözəlovu iştirakçılara təqdim edib, onun milli musiqimizin beşiyi sayılan Qarabağ bölgəsindən olduğunu qeyd edib və bu konsertin iki ölkənin daha da yaxınlaşmasına töhfə verəcəyinə əmin olduğunu bildirib.

Braziliya simfonik orkestrinin baş dirijoru Klaudio Kohen çıxış edərək Azərbaycan-Braziliya mədəni əlaqələrinin hazırkı vəziyyətindən məmnunluğunu bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib. O, Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu vurğulayıb.
Sonra Braziliya simfonik orkestri maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə çıxış edib və Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriçiosu", Qara Qarayevin "Yeddi gözəl", braziliyalı bəstəkar Heytor Villa Lobosun "Bakianos brazileyros" və rus bəstəkarı Pyotr Çaykovskinin "4-cü simfoniya" kimi musiqi əsərlərini ifa edib.

Tədbirdə Braziliyanın rəsmiləri, tanınmış musiqiçiləri, bu ölkədə akkreditə edilən diplomatik korpusun üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Braziliyadakı səfirliyin dəstəyi ilə keçirilən bu konsert Azərbaycan dirijorunun Braziliyada, eyni zamanda, Cənubi Amerikada ilk çıxışı olub.

Tarix
2013.11.21 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla