Yuxarı

Narışkin İlham Əliyevlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narışkin İlham Əliyevlə görüşdü

Hesab edirəm ki, ATƏT Parlament Assambleyasının Bakıda keçirləcək növbəti sessiyasında Rusiya və Azərbaycan yaxşı koordinasiya nümayiş etdirəcəklər.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Biz özümüzü evimizdəki kimi hiss edirik, elə bil doğma torpağımızdayıq. Bu bizə böyük inam hissi verir. Biz azərbaycanlı parlamentarilərlə müxtəlif beynəlxalq parlamentlərdə, o cümlədən ATƏT Parlament Assambleyasında yaxşı koordinasiya nümayiş etdiririk", - deyə Narışkin bildirib.

Onun sözlərinə görə, ATƏT PA-nın yaxın günlərdə keçiriləcək sessiyası maraqlı olacaq: "Bu bizi sevindirir. Biz buna hazırıq, çünki haqq bizim tərəfimizdədir".

Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində bildirib ki, qarşıdakı sessiyada tərəflər eyni yanaşma nümayiş etdirəcək: "Hər iki dövlət beynəlxalq aləmdə eyni yanaşma nümayiş etdirir və ikitərəfli əməkdaşlıq prosesi dinamik şəkildə inkişaf edir".

Prezident Narışkinin Azərbaycana səfərinin rolunu xüsusi qeyd edərək, bunun münasibətlərin siyasi, iqtisadi və humanitar sferalarda inkişaf etdiyinin göstəricisi olduğunu bildirib: "Biz bütün istiqamətlərdə effektli işləyirik, bu effektli əməkdaşlığın davamına ümid edirik".

Xatırladaq ki, sabah ATƏT PA-nın Bakıda sesiyası başlayır və iyunun 19-da bakıda görüşlər keçirən Dumanın spikeri bu tədbirdə iştirak üçün artıq Azərbaycandadır.

Tarix
2014.06.27 / 18:49
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla