Yuxarı

DİN-dən əməliyyat: 400 dini kitab müsadirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda fəaliyyət göstərən “Ənsar” dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək, hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, DQİDK, DİN və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan “Ənsar” mağazasında reyd keçirilib. Baxış zamanı müvafiq İcra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan “Ənsar” dükanında satışına razılıq verilməmiş 400 dini təyinatlı ədəbiyyat aşkar edilib.

Qeydə alınmış qanun pozuntusu ilə əlaqədar adıçəkilən mağazanın satıcısı Mehdiyeva Ruhiyyə Mirhüseyn qızı barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.2.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Tarix
2018.01.17 / 19:25
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla