Yuxarı

Səfirimizə prezidentin təltif etdiyi orden təqdim edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkə Prezidentinin 2017-ci il 27 iyul tarixli Fərmanı ilə təltif edildiyi “Xidmətlərinə görə” ordeninin Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində təqdim olunması mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora səfir Vilayət Quliyevin ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu ordenlə təltif olunduğunu bildirib. J.Çutora Vilayət Quliyev ilə tanışlığının 20 ilə yaxın olduğunu söyləyərək onunla bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olan, elm və ədəbiyyat sahəsində öz sözünü deyən və yüksək insani keyfiyyətlərə malik diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Xarici İşlər və Ticarət Nazirliyinin Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxışında Vilayət Quliyevin Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı rolundan danışıb. O, səfirin Macarıstan Prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Sonra Macarıstanın “Xidmətlərinə görə” ordeni səfir Vilayət Quliyevə təqdim olunub.

Vilayət Quliyev çıxış edərək göstərilən yüksək etimada görə Macarıstan Prezidentinə, bu ölkə hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə minnətdarlığını bildirib. İki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən danışan səfir son dövrlər münasibətlərin inkişaf etdiyini bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabrında Macarıstana və bu ölkənin Baş naziri Viktor Orbanın 2016-cı ilin martında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki ölkə arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan Vilayət Quliyev əlaqələrin inkişaf etdirilməsində səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

Tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin rəsmiləri, KİV-lərin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tarix
2018.01.18 / 01:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla