Yuxarı

Azərbaycanlılar bu banditlərin hücumu ilə... - Balamovskis

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu barədə mən latış dilində Latviyada populyar olan “Azərbaycan tarixi: sərt döngələr” kitabından öyrəndim. Bu kitabın müəllifi Latviyada məşhur alim və pedaqoq, Latviya Prezidenti yanında milli azlıqlar üzrə məşvərət şurasının sədri Roman Əliyevdir.

Axar.az xəbər verir ki, bunu Azərtac-a Riqa Dumasının təhsil işləri idarəsinin rəisi İvars Balamovskis bildirib. O deyib: “Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti də Latviya Respublikası kimi 1918-ci ildə, lakin ondan 6 ay əvvəl yaranıb. Tarixin açılmamış səhifələrini vərəqləmək, məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının səbəblərini özüm üçün aydınlaşdırmaq çox maraqlı idi. Azərbaycan ziyalılarının tanınmış nümayəndələri hakimiyyətə can atan birləşmiş bolşevik-daşnak dəstələrinə qarşı mübarizəyə rəhbərlik edirdilər. Əfsuslar olsun ki, minlərlə azərbaycanlı ailələri bu bandit dəstələrinin hücumu nəticəsində vəhşicəsinə öldürülüb. Yeni Xalq Cümhuriyyətinin Şərqdə ilk dəfə özünü göstərən tərəqqi nümunələri mənim üçün kəşf idi. Məsələn, ilk dəfə idi ki, qadınlar parlament üzvü seçilə bilərdilər. Bu, Avropa ölkələri parlamentlərində mümkün deyildi. Latviya Seyminə də yalnız kişilər seçilirdi”.

İvars Balamovskis Azərbaycan Prezidentinin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini də şərh edərək deyib: “Əminəm ki, sizin hörmətli Prezidentiniz İlham Əliyev çox düzgün olaraq 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib! Bugünkü müstəqil Azərbaycan ilk Azərbaycan Cümhuriyyətinin bayrağını yüksəklərə qaldırdı! Ötən qısa dövrü müqayisə etsək görərik ki, son 20 il ərzində köklü demokratik dəyişikliklər baş verib, ölkə iqtisadiyyatı fəal və dinamik inkişaf edib. Mən çox şadam ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, tərəfdaş təşkilatlar humanitar əməkdaşlığı genişləndirir, Azərbaycan və Latviya vətəndaşlarının dostluq əlaqələri möhkəmlənir”.

Tarix
2018.01.19 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla