Yuxarı

Əhaliyə şad xəbər: Bundan sonra məhsullar... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, qida təhlükəsizliyi ilə bağlı məsələ istənilən dövlətin əsas siyasət istiqamətlərindən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlətlər ilk mərhələdə özlərini ərzaq məhsulları ilə kifayət qədər yüksək səviyyədə təmin etməyə çalışırlar:

“Bununla onlar xaricdən asılılığı minimuma endirməyi hədəfləyirlər. Bu, əsasən çörək üçün istifadə olunan buğdaya, ümumilikdə ilkin tələbat mallarına aiddir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə öz fəaliyyəti ilə diqqət çəkəcək. Bu gün təxminən 55-62% civarında Azərbaycan öz-özünü təmin edir və məqsəd kimi də ən azı bu rəqəmi 85-90%-ə qaldırmaq məsələsi gündəmdədir”.

Ekspert vurğulayıb ki, agentliyin fəaliyyətinə daxil olan digər bir istiqamət isə bazarda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı olacaq:

“Bazarda satılan məhsulların keyfiyyəti, sağlamlığa zərərli olub-olmaması məsələsi agentliyin fəaliyyətində əsas prioritet hesab olunacaq”.

Ekspertin sözlərinə görə, ancaq hələ də agentliyin səlahiyyətlərinə aid olan məsələlər digər qurumlarda da var:

“Bu paralelliyin aradan qaldırılması vacibdir. Bu, agentliyin işinin effektivliyinin artırılması üçün əhəmiyyətlidir. Çünki bir sahədə paralel strukturlar olduqda işin effektivliyi xeyli dərəcədə zəifləmiş olur”.

Qeyd edək ki, baş nazirin müavini Əli Əhmədov Qida Təhlükəsizliyi Agentliyinin artıq formalaşdığını bildirib.

Tarix
2018.01.21 / 09:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla