Yuxarı

Türkiyənin əməliyyatda əsas hədəfi… – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə bağlı məsələlər həssas yanaşma tələb etdiyi üçün prosesləri ətraflı və tamamilə obyektiv şəkildə təhlil etmək bir qədər çətindir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O hesab edir ki, indiki halda baş verənlərə yalnız Türkiyənin maraqları müstəvisindən yanaşmaq mümkündür.

“Afrində həyata keçirilən əməliyyatlar bilavasitə Türkiyənin təhlükəsizliyi ilə bağlı olan məsələdir. Ankara ölkənin sərhədlərinin toxunulmazlığını, sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatlar keçirməyə məcburdur. Uzun illərdir ki, aqressiv separatizm, terror Türkiyənin ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid edir. Şübhəsiz ki, bu prosesin qarşısının alınması, yeni təhdidlərə imkan verilməməsi Türkiyə üçün prioritet məsələdir. Ümid edirəm ki, bu əməliyyatlar tez bir zamanda və Türkiyənin qarşısına qoyduğu məqsədlərə çatması ilə nəticələnəcək”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun iştirakı ilə Afrində YPG-yə qarşı başladılan “Zeytun budağı” əməliyyatları nəticəsində türk ordusu PKK-nın nəzarətindəki kəndlərə daxil ola bilib.

Tarix
2018.01.23 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla